Bu gün:

İtaliyanın qadın voleybol yığması dünya çempionu olub


İtaliya qadın voleybol millisi Bankokda keçirilən 2025 FIVB Dünya Çempionatında finalda Türkiyəni 3:2 (25-23, 13-25, 26-24, 19-25, 15-8) hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 

Turnir boyunca sabit oyun göstərən İtaliya komandasında Paola Eqonu finalda 22 xalla fərqlənərək qələbə qazanılmasında əsas rolu oynayıb.

Baş məşqçi Xulio Velasko oyun sonrası açıqlamasında bildirib: “Bu qələbə bizim üçün çox emosionaldır. Olimpiya, VNL və indi dünya çempionluğu – bu komanda tarix yazır".

Yeni çempionluq İtaliya voleybolu üçün böyük addım sayılır və idman ictimaiyyətinin fikrincə, bu uğur ölkə daxilində qadın voleybolunun nüfuzunu artıracaq, sosial investisiyaları təşviq edəcək.


Mənbə:  Volleyball World 

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et