24media.az Azərtac-a istinadən bildirir ki Azərbaycanın Livandakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Diplomatik nümayəndəliyin əməkdaşları əvvəlcə Akkar vilayətinin Kavaşra qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyublar. Sonra yerli din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.
Səfir Səməd Həsənov tədbirdə çıxış edərək Zəfər Gününün bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanın işğal dövründən Qələbə gününədək keçdiyi tarixi yola nəzər salan diplomat deyib ki, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin sarsılmaz iradəsi sayəsində mümkün olub. Bu Zəfər xalq-iqtidar və xalq-ordu birliyinin təntənəsidir.
Turqut Ansari
