Trendyol Super Liqasının 12-ci turunda "Gənclərbirliyi" "RAMS Başakşehir"i 2-1 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi yeni baş məşqçisi Volkan Dəmirəl rəhbərliyində ilk qələbəsini qazanıb.

"Gənclərbirliyi" 35-ci dəqiqədə Thalissonun, 53-cü dəqiqədə isə M’Baye Nianqın penalti zərbəsi ilə vurduğu qollar sayəsində üstünlük əldə edib. "Başakşehir"in yeganə qoluna Eldor Şomurodov imza atıb.
İki oyunluq qələbə həsrətinə son qoyan "Gənclərbirliyi" bu nəticə ilə xalını 11-ə yüksəldib.
Oyunun əvvəlində hər iki komanda hücumlar qurmağa çalışıb. 4-cü dəqiqədə Tonya-nın ötürməsindən sonra Koitanın zərbəsini "Gənclərbirliyi"nin qapıçısı Məhəmməd Şəngəzər dəf edib. 10-cu dəqiqədə Qutasın baş zərbəsi dirəkdən qayıdıb, Thalissonun davam zərbəsi isə qapının üzərindən keçib.
17-ci dəqiqədə "Başakşehir"in futbolçusu Tonya uzaq məsafədən zərbə endirib, lakin top qapıdan aralı keçib.
35-ci dəqiqədə ev sahibi komanda hesabı açıb. Sol cinahdan vurulan künc zərbəsindən sonra top Thalissona dəyərək qapı xəttini keçib – 1:0.
İlk hissə "Gənclərbirliyi"nin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Mənbə: TRT sports
Tərcümə etdi: Fəqan Nurullazadə
