Bu gün:

Beynəlxalq Sabitlik Qüvvəsi Qəzzada fəaliyyətə başlayacaq


ABŞ Prezidenti Tramp bildirib ki, Beynəlxalq Sabitlik Qüvvəsi (ISF) çox yaxın zamanda Qəzzada fəaliyyət göstərməyə başlayacaq.

ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin həyata keçirilməsi üçün yaradılması planlaşdırılan Beynəlxalq Sabitlik Qüvvəsi ilə bağlı açıqlama verib.

Tramp Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan dövlət başçılarını Ağ Evdə qəbul etdiyi C5+1 zirvəsində jurnalistlərin suallarını cavablandırıb.

Qəzzada sülhün hazırda yaxşı getdiyini və atəşkəsin davam etdiyini vurğulayan Tramp region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq etdiklərini bildirib.

ABŞ Prezidenti Qəzzada atəşkəsi və sonradan yenidənqurma prosesini nəzarətdə saxlamaq məqsədilə yaradılan Beynəlxalq Sabitlik Qüvvəsinin (International Stabilization Force – ISF) nə zaman fəaliyyətə başlayacağı ilə bağlı verilən suala belə cavab verib:

“Çox yaxın zamanda başlayacaq. Qəzzada proses çox yaxşı gedir”.

Mənbə: Haberglobal.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et