Bu gün:

"Beşiktaş" klubunun "Hesap.com Antalyaspor" matç hazırlıqları başa çatıb


“Beşiktaş” komandası Trendyol Super Liqasının 12-ci turunda səfərdə “Hesap.com Antalyaspor”la keçirəcəyi oyunun hazırlıqlarını bu səhər “BJK Nevzat Demir” bazasında keçirdiyi məşqlə yekunlaşdırıb.

Mətbuata qapalı keçirilən məşq təxminən 1 saat davam edib. Baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında baş tutan məşq fiziki hazırlıq və taktiki çalışmalardan ibarət olub. Komanda isinmə qaçışları və 5-ə 2 top qapma məşqindən sonra taktiki tapşırıqları yerinə yetirib.


Eyni zamanda “Beşiktaş” Trendyol Super Liqasının 12-ci turunda sabah (8 noyabr) saat 21:00-da “Corendon Airlines Park Antalya” stadionunda “Hesap.com Antalyaspor”un qonağı olacaq.


Mənbə: Bjk.com.tr

Tərcümə etdi: Nazim Xeyrxəbərli




Paylaş
Şərh əlavə et