Bu gün:

Səs çirklənməsi nələrə səbəb olur?


İngiltərədə aparılan bir araşdırma avtomobillərdən, qatarlardan və təyyarələrdən gələn səs çirkliliyinin illərinizi oğurlaya biləcəyinə dair xəbərdarlıq etdi.

Tədqiqat səs-küy səviyyəsinin insanların sağlamlığa təsirlərini araşdırdı. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) apardığı araşdırmaya görə, səs-küy çirklənməsi ona məruz qalan insanların ömrünü qısaldır.

Daily Mail-in məlumatına görə, UKHSA yeni araşdırmanın bir hissəsi olaraq nəqliyyat səs-küyünün İngiltərədəki bütün yerli hökumətlərə təsirini qiymətləndirdi və bunun sağlamlığa əhəmiyyətli təsir göstərə biləcəyini tapdı.

Tədqiqat 2018-ci ildə yol səs-küyünün təxminən 100 min il, dəmiryolu səs-küyünün 13 min il və təyyarə səs küyünün səbəbilə 17 min il itirildiyini tapdı. İtkilərin əksəriyyətinin insanların rifahına və həyat keyfiyyətinə birbaşa təsir edən səs-küydən qaynaqlandığı təsbit edildi.

Ciddi sağlamlıq problemləri

Həmçinin araşdırma səs-küyün insult riskini artırdığını və koroner ürək xəstəliyi, diabet, depressiya və narahatlıq kimi ciddi sağlamlıq problemlərini inkişaf etdirdiyini göstərdi.

Tədqiqat 50 desibeldən çox səs-küyə məruz qalan insanların 24 saatlıq bir müddət ərzində sağlamlığının daha çox təsirləndiyini müəyyən etdi.

Tədqiqatçılar İngiltərə əhalisinin təxminən yüzdə 5-nin 50 desibeldən çox hava səs-küyü ilə səyahət etdiyini, London və ətrafında səs-küyün daha yüksək olduğunu müəyyən etdilər. Mütəxəssislər işıq çirkliliyinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmaların aparıldığını da izah etdilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et