Bu gün:

"Qalatasaray"ın ulduzu Leroy Sane Almaniya yığmasına dəvət alıb


"Qalatasaray"ın parlayan ulduzu, alman futbolçu Leroy Sane yenidən Almaniya milli komandasına çağırılıb. Almaniya Futbol Federasiyasının açıqladığı son heyətdə Sanenin də adı yer alıb.

Onun bu mövsüm "Qalatasaray" forması ilə göstərdiyi yüksək səviyyəli çıxış, həm Superliqada, həm də Çempionlar Liqasında səmərəli oyunu ilə seçilməsi milli dəvətə layiq görülməsində əsas rol oynayıb. Sane hücum xəttindəki məhsuldarlığı və sürətli oyunu ilə komandanın ən vacib fiqurlarından birinə çevrilib.

Baş məşqçi Julian Nagelsmann, Saneni milli heyətə daxil edərkən onun son aylardakı stabil və parlaq performansını xüsusi olaraq vurğulayıb. "Qalatasaray" cəbhəsində isə Sanenin bu uğuru böyük sevinc və qürur hissi ilə qarşılanıb.

https://www.haberler.com/haberler/galatasaray-in-yildizi-leroy-sane-bekledigi-19225924-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et