Bu gün:

Saçqıran niyə yaranır və müalicəsi nədir?


Hazırda saçla əlaqəli xəstəliklərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Saçların sağlam və qalın olması üçün düzgün şampun və saç baxımı məhsullarından istifadə edilməlidir. Bundan əlavə, məhsulun düzgün istifadə edilməməsi səbəbindən kəpək və saç tökülməsi baş verə bilər. 

Saçqıran, xüsusilə, son illərdə çox yayılmışdır. Tibbi olaraq adlandırılan alopesiya areata, saç, qaş, kirpik və saqqal kimi tüklü bölgələrin qəfil tökülməsi ilə meydana gələn problemdir. Digər tərəfdən, saçqıran, əsasən, gənclərdə olur. Saçqıran kişilərdə qadınlara nisbətən daha çox görünür və 40 yaşından əvvəl ortaya çıxır.

Hazırda saçqıran çox yayılmışdır. Xüsusilə, kişilərdə saçqıranın dəqiq səbəbi bilinmir. Bunun otoimmün səbəblərdən qaynaqlandığı da bilinir, amma bu qəti deyil.

Saçqıranın səbəbi nədir?

Bu otoimmün xəstəliklər, ümumiyyətlə, bədən öz hüceyrələrini və toxumalarını yad kimi tanıdıqda meydana gəlir. Ümumiyyətlə, immunitet sistemi insanın öz hüceyrələrinə hücum edərək bu xəstəliyə səbəb olur. Saç tökülməsinə səbəb olan immun hüceyrələr saç köklərinə hücum edir. Saçqıran xəstəliyi ən çox genetik faktorlardan qaynaqlanır. Bu xəstəlikdən əziyyət çəkən valideynlərin uşaqlarında da xəstəliyin baş vermə ehtimalı çox yüksəkdir.

Saçqıran problemi necə müalicə olunur?

Adətən, kişilərdə görülən saçqıran simptomları göründüyü andan etibarən həkimə müraciət etmək vacibdir. Bunun müalicəsi dəri xəstəlikləri üzrə mütəxəssis tərəfindən təyin edilir. Digər tərəfdən, bu müalicənin məqsədi xəstəliyin inkişafını dayandıraraq simptomları azaltmaqdır. Bunun erkən diaqnozu çox vacibdir.

Saçqıran üçün nə daha yaxşıdır?

Saçqıranın qarşısını almaq üçün saç baxımına çox diqqət yetirilməlidir. Həm qadınlar, həm də kişilər saçların tökülməməsi və dolğun görünməsi üçün düzgün qulluq üsullarından istifadə etməlidirlər. Hazırda qırılma və saç tökülməsinin ciddi səbəbləri var. Xüsusilə, saçqıran genetik faktorlar, stress, psixoloji problemlər, yaşlanma və qida çatışmazlığı səbəbindən meydana gəlir.

Saçqıranın simptomları hansılardır?

Saçqıran, ümumiyyətlə, xarakterikdir və baş dərisində müxtəlif yollarla özünü göstərir. Qurddan təsirlənən bölgədəki dəri sağlam olmaqla yanaşı, dəridə iltihablı proseslər yoxdur. Saç tökülməsi ən çox baş dərisindən başlayır. Bundan əlavə, dırnaqların quruluşunda dəyişikliklər ola bilər. Xəstəliyin gedişi, ümumiyyətlə, dəyişə və təkrarlana bilər. 

Saçqıran üçün təbii müalicələr

Hazırda bunun üçün bir çox fərqli təbii müalicələr tətbiq oluna bilər. Xüsusilə, hind qozu və yerkökü suyu şəklində hazırlanır. Bu qarışıq masajla saç bölgəsinə tətbiq olunur. Bu prosedur həftədə bir dəfə saç böyüməyə başlayana qədər aparılır. Bundan əlavə, qarışıq düyü və alma sirkəsi ilə də hazırlana bilər. Düyü və alma sirkəsi ilə baş dərisinə masaj edilir. Sonra baş dərisi təxminən 5 dəqiqə isti su ilə yuyulur. Bu proses həftədə bir dəfə də təkrarlanır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et