Belçika müdafiə naziri Teo Franken Brüssel hava limanındakı dron hadisəsindən sonra Milli Hava Təhlükəsizliyi Mərkəzinin gücləndiriləcəyini və hava məkanını pozan dronların vurulması göstərişi verildiyini bildirib.
Belçikaya qayıdan ölkənin müdafiə naziri Teo Franken Brüssel hava limanına təsir edən son dron hadisəsinə cavab olaraq Beauvechain-dəki Milli Hava Təhlükəsizliyi Mərkəzinin gücləndiriləcəyini və yaxın aylarda fəaliyyətə başlayacağını söyləyib.
Milli təhlükəsizlik şurasının iclasından sonra şərhlərdə o, həmçinin qarşıdakı günlərdə daha çox təfərrüatların işlənilməsi ilə bağlı dronlara qarşı tədbirlərə dair müzakirələrin aparıldığını söyləyib.
O, məsul şəxslərə aydın göstərişin verildiyi ilə bağlı açıqlama verib: "Səlahiyyətlilərdən tələb edilib ki, imkan daxilində hər bir ölkəyə daxil olan pilotsuz aparat məhv edilsin".
Mənbə:The Guardian
Tərcümə etdi: Nəzrin Nəsirova
