Qəzza şəhərinə edilən qısa və nəzarətli səfər bölgədə dağıntıların miqyasını açıq şəkildə göstərib. Bir vaxtlar sıx məhəllələrin olduğu ərazilər tamamilə dağılaraq dümdüz xarabalığa çevrilib.
İsrail ordusu jurnalistləri yalnız öz nəzarətində olan zonaya aparıb və fələstinlilərlə görüşməyə icazə verməyib. Ordu nümayəndələri dağıntının məqsəd olmadığını, evlərin çoxunda tunellər və silah nöqtələrinin tapıldığını bildirib.
HƏMAS hücumlarında 1 100-dən çox israilli öldürülüb, cavab əməliyyatlarında isə Qəzzada on minlərlə insan həyatını itirib. Ordunun sözlərinə görə, bölgədə hələ də tunellər axtarılır və sarı xətt boyunca toqquşmalar davam edib.
ABŞ-nin vasitəçilik etdiyi plan HƏMAS-ın silahsızlaşdırılmasını və yeni idarəetmə strukturunun qurulmasını nəzərdə tutub. Lakin tərəflər arasında gərginlik qaldığı üçün proses irəliləməyib və Qəzzanın gələcəyi ilə bağlı suallar açıq qalıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
