Bu gün:

ABŞ seçki gününü hökumət bağlanması şəraitində keçirir


ABŞ hökumətinin bağlanmasının 35-ci günündə Nyu-York, Virciniya və Nyu-Cersidə həlledici seçki yarışları keçirilib

Çərşənbə axşamı ABŞ seçiciləri Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından sonra keçirilən ilk seçkilərdə səsvermədə iştirak ediblər. Diqqət mərkəzində olan əsas yarışlar Nyu-York meri seçkiləri və Nyu Cersi ştatının qubernator seçkiləridir. Bundan əlavə, Demokrat Partiyasının nümayəndəsi Abiqeyl Spanberger Virciniya qubernatorluğu yarışında artıq qələbə qazanıb.


Kaliforniyada keçirilən Prop 50 referendumunun nəticələri isə 2026-cı ildə keçiriləcək aralıq seçkilər öncəsi ölkə üzrə siyasi bölgü məsələsində mühüm rol oynaya bilər.


Seçkilər hökumət bağlanmasının 35-ci gününə təsadüf edir. Bu müddət ərzində Senatda daha bir uğursuz maliyyə səsverməsi baş verib və ABŞ hava məkanının bəzi hissələrinin fəaliyyətinin məhdudlaşdırılması təhlükəsi yaranıb.


Mənbə: The Guardian

Tərcümə: Nəzrin Nəsirova


Paylaş
Şərh əlavə et