Bu gün:

Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb


24media.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdülməcid Təbbun tərəfindən qəbul olunub.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Əlcəzair arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əlcəzair Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfəri məmnunluqla xatırlayaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et