Xoşbəxtlik hormonu olaraq bilinən serotonin sağlamlığımızla bağlı bir çox funksiyada istifadə edilən əhəmiyyətli bir hormondur.

Serotonin bədən tərəfindən ifraz olunan, beyindəki sinir hüceyrələrinə və bədənimizin digər hissələrindəki sinirlərə mesajlar daşıyan bir maddədir. Bu mesajlar bədəninizə necə işləməyinizi izah edir. 5-hidroksitriptamin (5-HT) olaraq da bilinən serotonin də bir hormon kimi fəaliyyət göstərir. Bədəndəki serotoninin çox hissəsi bağırsaqlarda olur. Serotoninin təxminən 90 faizi mədə-bağırsaq traktını əhatə edən hüceyrələrdə yerləşir. Təxminən 10 faizi beyində olur. Beyninizdəki serotonin əhvalınızı tənzimləyir. Bu səbəbdən, serotonin xoşbəxtlik hormonu olaraq da təyin olunur.
Serotonin normal səviyyədə olduqda siz daha diqqətli, emosional olaraq daha sabit, daha xoşbəxt və daha sakit hiss edirsiniz. Çox aşağı və ya çox yüksək miqdarda serotonin fizioloji və psixoloji problemlərə səbəb ola bilər.

Serotoninin bədən üçün faydaları nələrdir?
Serotonin bədəninizdə öyrənmə, yaddaş, xoşbəxtlik, həmçinin bədən istiliyinə, yuxuya, cinsi fəaliyyətə və aclığa təsir edən müxtəlif rolları oynayır. Serotonin əhval-ruhiyyə, yuxu, həzm, ürək bulanması, yaraların sağalmasında, sümük sağlamlığında, qanın laxtalanmasında və cinsi istəkdə əsas rol oynayır.
O, bədəndəki dopaminlə birlikdə yuxu normanıza təsir edir. Yuxu-oyanma dövrünü tənzimləyən melatonin hormonunu ifraz etmək üçün beyninizin serotoninə ehtiyacı var. Serotonin yaraların sağalmasına kömək etmək üçün qanınızdakı trombositlər tərəfindən sərbəst buraxılır. O, həmçinin ən kiçik qan damarlarının daralmasına səbəb olur, qan axınını yavaşladır və laxtaların əmələ gəlməsinə kömək edir. Bu şəkildə yaraların sağalmasına töhfə verir.

Serotonin səviyyəsini necə artırmaq olar?
Müəyyən qidaların qəbulu serotonin səviyyəsinin artmasına kömək edə bilər. Çünki bu qidaların tərkibində serotonin ifrazında istifadə olunan triptofan amin turşusu var. Serotonin ifrazı mürəkkəb bir proses olduğundan bu qidaları tək qəbul etmək serotonin ifraz etmək üçün kifayət deyil. Tərkibində triptofan olan qidalara bunlar daxildir: Qızılbalıq, yumurta, pendir, ananas, fındıq və yulaf.
Digər tərəfdən, müntəzəm məşq etməklə serotonin səviyyənizi artıra bilərsiniz. Sürətli gəzinti və qaçış kimi fəaliyyətlər serotonin səviyyələrinizin artmasına kömək edir, eyni zamanda, ümumiyyətlə, sağlam həyatı dəstəkləyir.
Depressiyanın müalicəsində də istifadə edilən selektiv serotonin geri alış inhibitorları kimi dərmanlar serotonin səviyyəsini və ya fəaliyyətini artıra bilər. Bu dərmanlar həkimin icazəsi ilə istifadə edilməlidir.

Serotonin çatışmazlığının əlamətləri hansılardır?
Aşağı serotonin səviyyələri çox vaxt eyni anda bir neçə problemlə əlaqələndirilir. Texniki baxımdan serotoninin aşağı olmasının səbəbi bədəninizin kifayət qədər serotonin ifraz etməməsi, həmçinin ifraz olunan serotonini effektiv şəkildə istifadə edə bilməməsi ola bilər. Aşağı serotonin səviyyələrinin mümkün simptomlarına bunlar daxildir: Əsəbilik, kədər, ümidsizlik, xroniki yorğunluq, narahatlıq, unutqanlıq, yuxu problemi, həzm problemləri.
Yüksək serotonin səviyyəsinə serotonin sindromu deyilir. Tez-tez serotonin səviyyələrini artırmaq üçün istifadə edilən SSRI qrupu dərmanları serotonin sindromu altında yatır.

Serotonin sindromunun simptomlarını aşağıdakı kimi sıralamaq olar:
Təşviş, narahatlıq, ishal, hipertoniya, əzələ ağrıları, ürək bulanma.
Digər tərəfdən, həddindən artıq yüksək serotonin səviyyələri ciddi sağlamlıq problemlərinə və həyat itkisinə səbəb ola bilər. Bu tip serotonin sindromunda aşağıdakı simptomlar görünə bilər:
Qarmaqarışıq fikirlər, sayıqlama, yüksək hərarət, böyrək problemləri və ya böyrək çatışmazlığı, tənəffüs problemləri.
Mənbə: Acı badem hayat
Tərcümə etdi: Nuran Əhmədzadə
