Bu gün:

Rep musiqisinin tarixi


Musiqi insanın ruhunu rahatlaşdıran, sakitləşdirən, bədəndəki stressi aradan qaldıran bir vasitədir. Öz-özünə bir çox janrlara bölünən musiqi insanların musiqi onların bir hissəsini tapmasına şərait yaradır.

Rep ritmik şeirlər mənasını verən “Ritm və şeir”dir. Rep sözünün başqa bir mənası “Ritmik Afrika şeiri”, yəni ritmik Afrika poeziyasıdır. İngilis dilində rep ağır tənqid deməkdir.

Rep musiqisi hansı regionda yaranıb?

Rep musiqisi 1970-ci illərdə yaranıb. Amerikanın gecəqondularında yaşayan Afrika əsilli insanlar tərəfindən yazılmış və indiki formasını almışdır. Burada yaşayan insanlar rep musiqisinin mənşəyini təşkil etsə də, məlum olan ilk rep parçası italyan Adriano Çelentanoya məxsusdur. Mahnının adı "Prisencolinensianinciusol"dur.

Rep musiqisi və köləlik

Qədim dövrlərdə köləlik sistemi kifayət qədər geniş yayılmışdı. Müxtəlif şəhərlərdən gətirilən qullar ağır işlərdə pulsuz işləyirdilər. Birləşmiş Ştatlar bu qulları alver edir və zəifləri müxtəlif işlərdə işləmək üçün əsir götürürdi. Afrikadan ABŞ-a gətirilən qullar öz mahnıları ilə bu qəddar nizamı boykot edirdilər.

Pambıq tarlalarında çalışan qullar bu ağır şəraitdə musiqi ilə təsəlli tapır, ağrılarını nəğmə kimi işıqlandırırdılar. Bu tarlalarda oxuduqları sözləri yeni eşitdikləri musiqi ilə birləşdirdikdə blüz üslubu ortaya çıxdı. Blues pisi, düşməni və çətinlikləri təmsil edən bir musiqi janrı kimi tanınır. Blues çətinliklərə boyun əyməyin acı kədəri haqqında idi.

Rep musiqisinin əsasının qoyulması

1970-ci illərdə qaradərililər bu kədərə son qoymağın və ağrıları boğmadan dünyaya hayqırmağın yolunu tapdılar. Rep musiqi ilə! Qara insanların ağrılı fəryadlarını eşidə bildiyi rep musiqisi bu gün çox sevilən və dinlənilən musiqi növüdür. Bu qədər dinlənilməsinin səbəbi o dövrdə yaşayan qulların onların ağrı nidalarını bizə eşitmələridir.

Rep musiqisinin ilk nümayəndələri kimlərdir?

Rep musiqisi 1973-cü ildə ad günü şənliyində yaranıb. Atılan bu kiçik addım sayəsində musiqi dünyası sarsıldı və dəyişikliklər baş verməyə başladı. DJ Kool Herc 1970-ci illərdə keçirilən hər partidə öz rekordlarını döndürərək rap musiqisini təbliğ etməyə başladı.

1970-ci illərdə başlayan rep macərası 1979-cu ildə məşhurlaşdı. Sugar Hill Gang, Rapper's Delight və Chic's Good Times mahnılarını birləşdirərək, insanlara rep musiqisinin ritm və qafiyələrini sevdirməyi bacarıblar. Bu mahnıların kombinasiyasına görə məhkəməyə veriləcəyi ilə hədələnsə də, o, bu arzusundan əl çəkməyib və bu gün repin populyarlaşmasına öncülük edib.

Mənbə: BUbilet

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et