Bu gün:

Madurodan ABŞ-yə qarşı birlik çağırışı


Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Karib dənizi bölgəsindəki hərbi müdaxilə təhdidlərinə qarşı xalqa birlik olmağa çağırış edib. Digər tərəfdən, Maduro ölkəsinin üzləşdiyi təhdidlər fonunda Rusiyanın Venesuelaya dəstək verdiyini bildirərək Rusiya lideri Vladimir Putinə təşəkkür edib.

Ölkəsində yayımlanan xüsusi televiziya proqramında gündəmdəki məsələləri dəyərləndirən Maduro ad çəkmədən ABŞ-nin Kariblərdəki hərbi fəaliyyətini tənqid edib.

Maduro venesuelalılara səslənərək belə deyib: “Məni eşidən bütün venesuelalılara müraciət edirəm. Gələcəyi qurmaq bütün venesuelalıların borcudur. Psixoloji müharibəni arxada qoyaq; psixoloji müharibəni məğlub etməyin ən yaxşı yolu istehsal etmək və əsərlər yaratmaqdır. Media Venesuelanı məhv etmək istəyir. Venesueladan nifrət edən, onu qısqanan və məhv etmək istəyən Qərb və ‘qrinqo’ (yəni ABŞ) mediasıdır”.

ABŞ Prezidenti Donald Trampın Kolumbiya Prezidenti Qustavo Petronu “narkotik lideri” adlandırmasına da reaksiya göstərən Maduro deyib: “Prezident Petro Kolumbiyada narkotik qaçaqçılarına qarşı ən böyük mübarizəni aparan liderdir”.

Mənbə: Haberglobal.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et