Yayın gəlişi ilə qarışqalar və ağcaqanadlar yenidən tez-tez görünməyə başlayır. Şirin məhsullara gələn qarışqaları uzaqlaşdırmaq üçün nədən istifadə etməliyik?
Qara istiot
Qarışqalardan qurtulmaq üçün cəhd edə biləcəyiniz sadə üsullardan biri də qara istiotdan istifadə etməkdir. Qara istiotun noxudları ilə bir az su qarışdırın. Bu suyu xüsusilə bağçaya aparan qapılara tökün. Qarışqaları onun qoxusu narahat edəcək.

Portağal qabığı
Evdəki qarışqalardan qurtulmağın başqa bir üsulu portağal qabığıdır. Portağal qabığını incə doğrayın və qarışqa yuvalarının girişinə qoyun. Portağalın turşu qoxusu qarışqaları narahat edəcək.

Təbaşir
Qarışqaların yollarını təbaşirlə çəkin və iki gün gözləyin. Qarışqa yuvasının perimetri üçün də eyni prosesi sınayın. Təbaşirdəki maddələr qarışqaların sevmədiyi maddələrdir.
Nanə yağı
Qarışqaların yuvalarının girişinə nanə yağı töksəniz, onun kəskin qoxusu onları uzaqlaşdırar.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
