Bu gün:

Ballı su içməyin faydaları


Su sağlamlıq üçün həyati əhəmiyyət kəsb edir. Bunu illərdir yazılanlardan bilirik. Axı bədənimizin 80%-i sudan ibarətdir. Suya dad qatmağın müxtəlif yolları var.

Suyu daha dadlı etmək üçün balla qarışdırıb içə bilərik. Hər gün bir stəkan isti ballı su içmək sağlamlığı gücləndirəcək. Xəstəliklərdən qorunmağa kömək edəcək. Hər gün bir stəkan ballı su içsəniz, bədəninizdə dəyişikliklər baş verəcək. Biz də onları sizə təqdim edirik.

İlk növbədə, bədəninizin immunitet sistemini güclənəcək

Balın tərkibində immunitet sistemini gücləndirəcək bir çox elementlər var. Ancaq bunun üçün bal təzə və orqanik olmalıdır. Yaxşı bal qəbul etsəniz, bədəninizdəki zərərli bakteriyalar zamanla yox olacaq. Bundan əlavə, bal vitamin və minerallar, o cümlədən çox sağlam fermentlərə malikdir.

Həmçinin toksinləri aradan qaldırmağa kömək edəcək

Ballı su toksinləri bədəndən çıxarmağın ən yaxşı yoludur. Suya bir az bal və limon əlavə etsəniz, toksinlər ifrazat sisteminiz vasitəsilə çıxmağa başlayacaq.

Dəriniz sağlam olmağa başlayacaq

Bəli, bal təbii antioksidant olduğu üçün dəridəki bakteriyaları təmizləyir. Çox daha sağlam bir dəriyə sahib olmağınızı təmin edir.

Arıqlamağa başlayacaqsınız

Bal haqqında düşünəndə şəkərdən qorxmaq tamamilə normaldır. Balda şəkər var, amma bu şəkər bildiyimiz ağ şəkərdən fərqlidir. Ümumiyyətlə, bu təbii şəkərlər gündəlik şəkər ehtiyacımızı qarşılayır. Bu təbii şəkər şokolad, qazlı içkilər və şirniyyatlarda olan şəkərləri yeməkdən xilas edir.

Boğazınızı sağaldacaq

Bilirsinizmi, niyə qışda isti ballı su məsləhət görülür? Çünki boğaz ağrısına qarşı ən kəskin həllərdən biridir. Bal nəfəs darlığına yaxşı gəlir və öskürəyin müalicəsinə kömək edir. Bu səbəbdən növbəti dəfə qrip olanda ballı suyu sınayın.

Qan şəkəriniz tənzimlənəcək

Baldakı şəkər ağ şəkərlə eyni deyil. Fruktoza və qlükozanın qarışığı olan bu şəkər növü qan şəkərinin səviyyəsini tənzimləyir. Xolesterini aşağı salır.

Ürək xəstəliyi riskini azaldacaq

Balın tərkibindəki antioksidantlar ürək xəstəlikləri riskini azaldır. İnsan qanında pis xolesterinin oksidləşməsini ləngidir. Pis xolesterol oksidləşdikdə infarkt keçirən xəstəliklər yaranır.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş