
Yayın ən gözəl günlərini yaşayırıq. Yayın istisi çimərlikdə bir gün üçün əla seçimdir. Çimərliklərdə keçirdiyimiz vaxtı daha zövqlü etmək üçün çantalarımızı hazırlayırıq.
Özümüzlə lazım olan məhsulları götürüb həm dincələ , həm də sağlam şəkildə parlaya bilərik.
•Sancaq bizə üzgüçülük və ya günəş vannası qəbul edəndə kömək edir. Nəm saçlarımızı isi havalardan qoruyur, zərif yay dalğaları əlavə edir.
•Çimərlik dəsmalları çimərlik çantasında əvəzolunmazdır.
•Papaq günəşlənəndə üzümüzü qorumaq üçün ən vacib aksesuardır. Bir az daha geniş olan papaqlar günəşə ən çox məruz qalan çiyinlərmizi qoruya bilər.
•Gün eynəyi olmadan bazara belə getməyənlərdənsinizsə, o, təkcə çimərliyin deyil, həm də həyatınızın vazkeçilməz aksesuarları arasındadır.
•Günəşdən qoruyan kremlər xüsusilə həssas dərisi olan insanlar üçün çox vacibdir.
•Su və içkilər isti havalarda vacibdir.Yay aylarında qısa bir məsafəyə çıxsanız belə, yanınızda bir az su aparmağı unutmamalısınız.
•Yüngül qəlyanaltılar mədəmizi yormur, onlar bizi uzun müddət tox saxlaya bilər. Şirin badam, quru meyvə və ya çiy barlar sizin xilaskarınız olacaq.
•Kiçik cibli pul kisələri həmişəkindən fərqli lazım olanları daşımağa kömək edir, çünki əlavə şeylərə ehtiyac yoxdur.
•Yaş salfetlər uzun müddət qaldığınız açıq yerlərdə təmizliyiniz və gigiyenanız üçün vacibdir.
•Ehtiyat çimərlik paltarları və quru paltarlar çantanızda mütləq olmalıdır.Sağlam və yaş qalmamağınız üçün çox vacibdir.

Sağlam qaralmaq üçün nə etməliyik?
Qaralmaq dərinin günəşə qarşı müdafiə mexanizmidir. Dəridəki bu dəyişikliklər dərinin elastikliyini pozur, erkən yaşlanmaya səbəb olur. Ancaq D vitamini istehsal etdiyi üçün osteoporozun qarşısını alır,kalsium balansını təmin edir.Həkimlər həm yaşlılara, həm də uşaqlara müəyyən miqdarda günəş vannası qəbul etməyi tövsiyə edir. Günəşdən qoruyucu kremlərdən istifadə edərək dərimizi qoruya bilərik.Sağlam qaralmaq üçün 50 faktordan başlamaq və qorunma dərəcəsini tədricən azaltmaq lazımdır. Günəşin birbaşa təsirinə məruz qalan arxa, sinə, çiyin və üzə daha çox diqqət yetirmək lazımdır. Dermatoloji cəhətdən sınaqdan keçmiş məhsullardan istifadə edilməlidir. Pəhrizinizə yerkökü əlavə etmək qaralmanı qorumaq üçün təbii həllərdən biridir. Məlumdur ki, yerkökün tərkibindəki karotin qaralmamıza imkan verən melanositləri artırır. Dərinin elastik görünüşünü itirməmək üçün bol su içmək lazımdır. Yay mövsümündə çiy meyvə və tərəvəz yeməyi artırmaq daha canlı və parlaq bir dərinin açarıdır.
Mənbə: Macromore
Tərcümə etdi: Samirə İsmayılova
