
Hamımız ləzzətli süfrəmizdə ət yeməyi hazırlamağ sevirik. Süfrəmizi ziyafətə çevirəcək ət bişirmə məsləhətləri ləzzətimizə ləzzət qatacaq.
Dadlı xörəy birişmək üçün uyğun ətin seçilməsi ən vacib məqamdır. Qızardılmış, hisə verilmiş və ya qaynadılmış ətin bişirilmə üsulu fərqli olmalıdır. Hər bişirmənin özünəməxsus yolu var. Bu yolları öyrənib daha dadlı, ağız sulandıran ət yeməkləri hazırlamaq mümkündür.
Əti dadlı qızartmaq üçün öz suyunu itirməməlidir. Bunun üçün ideal istiliyi əlimizi tavaya vurub təyin edə bilərik. Əgər əlimizi bir neçə saniyədən çox tavanın üstündə saxlaya bilmiriksə, qızartmağa başlaya bilərik.
Ətin sərtləşməsinin qarşısını almaq üçün ən son duz əlavə edilməlidir.
Ətə əvvəlcədən ədviyyat qatmaq onun daha yumşaq edir. Sos üçün qatıq suyundan və ya zeytun yağından istifadə etmək olar. Soslar ilə əti masaj etmək bərkimiş ətin hissələrini yumuşaldır. Yumşaq ətə sahib olmaq üçün limon suyudan da tez-tez istifadə olunur.
Soğan, sarımsaq, kəklikotu, rozmarin kimi müxtəlif ədviyyatlardan istifadə etmək əti daha dadlı edir.
Yumşaq və sulu ət bişirmək üçün ətin qalınlığı da vacibdir. 1,5 sm-dən daha nazik dilimlənmiş ət bişirildikdə daha incə və quru olur. Ətin suyu canında çox olarsa, pambıq kimi yumşaq olar.

Möhürləmə üsulu ətin şirəsini qorumaq üçün ən çox seçilən üsuldur. Bu üsul qızdırılmış tavada ətin xarici səthinin qabıqlanmasıdır . Xarici qabığa çevrilən ət artıq suyunu tərk etmir. Bir çox yeməyi bişirmədən öncə ətinizi möhürləyə bilərsiniz. Ancaq bu mərhələdə duzdan istifadə olunmamalıdır. Duz ətin suyunu buraxmasına səbəb olur.

Mənbə: Macromore
Tərcümə etdi: Samirə İsmayılova
