Bu gün:

Sakit bir ailə olmaq üçün 7 addım


Əsəbinizi idarə etmək, daha az qışqırmaq, daha sakit və sağlam bir ailə olmaq üçün edə biləcəkləriniz: 

1. "Sakit ailə" iclası keçirin

Hamını toplayın və bütün ailə üzvlərinə izah edin ki, sizdə “qışqırmaq olmaz” qaydası var. Onlara deyin ki, hirsli olsanız belə, emosiyalarınızı göstərmək üçün qışqırmağa ehtiyac yoxdur. Bu məsələdə ciddi olduğunuzu hamıya bildirin. Lazım gələrsə, bir kağıza yazın və soyuducuya yapışdırın.

2. Stress xəbərdarlığı əlamətlərini öyrənin

Uşaqlar duyğularımızın güzgüsüdür. Sən səsini qaldıranda onların da səsi yüksələcək. Qışqırmağı dayandırmağın ən yaxşı yolu əsəbi olduğunuz zaman sizə xəbərdarlarlıq edəcək əlamətləri öyrənməkdir. Gərginlik hissi və ya əllərinizi sıxmaq kimi əlamətlər qışqırmaq üzrə olduğunuzu göstərir. Hirs, əslində, tez keçir. Uşağınıza hirsinizin tezliklə keçəcəyini öyrədin. 

Mübahisələrin nəzarətdən çıxdığını bilin.  Qışqırıq, adətən, nəzarətdən çıxanda olur. Buna görə də özünüzü və ailənizi bu əlamətlərdən  xəbərdar edin.

4. Qəzəbi idarə etmə üsullarını öyrət

Əgər ailə üzvlərinin qışqırmasını istəmirsinizsə, onlara qəzəblənmə zamanı istifadə edə biləcəkləri davranışı öyrədə bilərsiniz.  Bir strategiya hazırlayın və vərdiş halına gələnə qədər təkrarlayın. Özünüzlə danışmaq, təsdiqləmək, nəfəsinizi tutmaq və ona qədər saymaq, duyğulara nəzarət etmək kimi strategiyalardan istifadə edə bilərsiniz.

5. Qışqıran biri ilə ünsiyyətdən çəkinin 

Diqqət yetirmək, qırmızı kart tutmaq və ya vaxtın bitdiyini bildirmək kimi xəbərdarlıq işarəsini təyin edin. Ton məqbul səviyyədən yuxarı qalxdıqda bunu istifadə edin. Qarşınızdakı şəxs qışqıran zaman ona bildirin ki, "sən indi qışqırırsan, səsini aşağı salmasan, sənə qulaq asmayacağam".

6. Ailə olaraq stressi azaldın

Ailənizin stress mənbələrini tapın. Maliyyə problemlərini dərhal həll edə bilməsəniz belə, həll edə biləcəyiniz işlər var. Ailə olaraq edəcəyiniz rutinlərə sahib olun, məsələn: Yatmazdan əvvəl rituallar, isti vanna, qucaqlaşmaq kimi. İstirahət etmək üçün bir yol tapın. Bu, yoqa ilə məşğul olmaq kimi pul xərcləməyinizi tələb etməyən şeylər ola bilər. Münasibətlərinizdə problemləri həll edin.  Ünsiyyət problemlərini aradan qaldırın.

7. Bu plana ən azı 21 gün əməl edin

Dəyişiklik çətindir, buna görə də bunlara davamlı əməl edin. Bu planı həyata keçirdiyiniz hər günü təqvimdə qeyd edin. Daha az qışqırdığınızı görəcəksiniz. Nə etsəniz də, yenə qışqırmaq problemləri varsa, daha dərin bir problem var deməkdir. Bəlkə də, uşağınız və ya özünüz üçün peşəkar yardım axtarmalısınız.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et