Bu gün:

Evdən işləyənlər erkən yaşda varikoz problemi ilə qarşılaşırlar


Araşdırmalar varikoz damar xəstəliklərində artım olduğunu və nisbətin daha çox evdən işləyənlərdən ibarət olduğunu göstərib.

Yeni paylaşılan hesabat erkən yaşlarda varikoz damar xəstəliklərində əhəmiyyətli bir artım olduğunu ortaya qoyub. Hesabata görə, 2021-ci ildə varikoz müalicəsi üçün qlobal miqyasda 672 milyon dollar ayrıldığı halda, 2030-cu ilə qədər bu rəqəmin 1,45 milyard dollara çatacağı gözlənilir.

Pandemiya ilə birlikdə evdən işləmə modelinin populyarlaşmasının bu artıma birbaşa təsir etdiyini bildirən Həkim Gülkız Erdal: “Uzun müddət oturaq vəziyyətdə işləməyin yan təsirlərini də gözardı etmək olmaz. Bu təsirlər arasında varikoz damarda problemlər, xüsusilə, gənc yaşlarda baş vermə riskini artıran bir vəziyyətdir”.

Varikoz ayaqlarda qan dövranının yavaşlaması nəticəsində yaranan damar genişlənməsi və ayaqlarda ağrı, şişkinlik, yorğunluq kimi əlamətlərlə özünü göstərir. Bu, uzun müddət oturma vəziyyətində işləmək nəticəsində yaranan hərəkətsizlikdən qaynaqlanır. Bu vəziyyətin evdən işləyən fərdləri daha da narahat etdiyini deyən Gülkız Erdal bildirib ki, varikoz müalicəsində uğurlu nəticə əldə etmək üçün əməliyyatsız skleroterapiya üsulu təsirli bir seçimdir. Bu üsul venadaxili yeridilmiş bir dərmanla varikoz damarlarını bağlamaq və məhv etmək məqsədi daşıyır. Əməliyyat tələb etməyən bu üsul minimal invaziv müalicə variantı olaraq tanınır.

Varikoz xəstəliyinə qarşı ehtiyat tədbirləri və müalicə yolları

Evdən işləyərkən şirkətlərin varikoz damarları riskini azaltmaq və sağlam işçi qüvvəsi əldə etmək üçün atacaqları addımları sadalayan Dr. Gülkız Erdal qeyd edib ki, işçilərə nizamlı aralıqlarla idman etmə imkanı verilməlidir. İşçilər ayaq əzələlərini aktivləşdirmək və qan dövranını artırmaq üçün sadə gərilmə və hərəkət diapazonu məşqləri etməlidirlər. İş mühitində erqonomik tənzimləmələr edərək düzgün oturma duruşunu və bədən mexanikasını tətbiq etməli olduqlarını izah edin. Varikoz damarları riskini azaltmaq üçün sağlam qidalanma və uyğun geyimlər təklif olunmalıdır. Varikoz damarları haqqında işçilərinizə mütəmadi olaraq məlumat verin. Varikoz damarlarının müalicəsi tələb edən əməkdaşlarınıza qeyri-cərrahi skleroterapiya kimi müasir və effektiv müalicə variantları təklif edin. Bu yolla siz işçilərinizin sağlamlıq problemlərinə həll yolu tapmaqda dəstək ola bilərsiniz.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et