Bəzi ABŞ xəstəxanaları və klinikaları sığortasız xəstələr üçün endirimli “nağd ödəniş” qiymətləri təklif edir.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, sığortadan kənar ödənişlər çıxılan məbləğlərə daxil edilmir və təcili tibbi yardım lazım gəldikdə maliyyə riski yaradır.
Vanderbilt Universitetinin professoru Steysi Dusetsina bildirib ki, “nağd qiymət bəzən sığorta ilə ödəyəcəyiniz məbləğdən də baha ola bilər”.
Gələn il ödənişlərin artacağı gözlənildiyindən, bir çox amerikalılar sığortadan imtina etməyi düşünürlər. Lakin ekspertlər bu addımı “maliyyə ruleti” adlandırıblar və tibbi fövqəladə hallar zamanı böyük xərclərlə üzləşmək riskinə diqqət çəkiblər.
Mütəxəssislər qeyd ediblər ki, sığorta razılaşdırılmış tariflər, xərclərə limit və profilaktik tibbi xidmətlər baxımından mühüm qorunma təmin edir.
Mənbə: nbcnews.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
