
İslam tarixi böyük müharibələr və qələbələrlə doludur. Bu böyük müharibələr müsəlmanlarla İslamın yayılmasının qarşısını almaq istəyənlər arasında baş verdi. İslam peyğəmbəri Hz. Məhəmməd peyğəmbərliyini elan etdikdən sonra doğulduğu şəhərdə istənilmir. Artan təzyiq və təqiblər nəticəsində ona inananlarla birlikdə yeni bir şəhər olan Mədinəyə hicrət edir.
İslam tarixindəki ən böyük müharibələrdən bəziləri bunlardır:
1. Bədr döyüşü

İslam tarixinin ən böyük döyüşlərindən ilki olan Bədr döyüşü müsəlmanların ilk döyüşü olduğu üçün mühüm əhəmiyyət kəsb edir. Müsəlmanlar 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdilər. Mədinə yer olaraq Məkkəli karvanların Suriyə ilə ticarət etmək üçün etdikləri səyahətlərin keçidindədir. Ona görə də Məkkədən çıxan müsəlmanların evlərinin yağmalanması nəticəsində müsəlmanlar bu karvanlarda özlərinin haqqı olduğunu düşünürdülər.
Əbu Süfyan zəngin bir karvanla Suriyaya gedirdi. Bu karvana basqın etmək üçün 300 nəfərlik birlik yaradıldı. Bunu eşidən Süfyan Məkkədən kömək istədi. Məkkəlilər bu çağırışla hərəkətə keçdilər. Müsəlman qoşunları Bədirə hərəkət etdi.

Məkkəlilərdən əvvəl Bədirə çatan İslam birliyi, yanlarında olanlar istisna olmaqla, bütün su quyularını qumla doldurdu və onları yararsız hala saldı. Məkkəlilərin sayı 1000 nəfərə yaxın olsa da, müharibədə müsəlmanlar qalib gəldi. Müsəlmanlar cəmi 14 şəhid verdilər.
2. Uhud döyüşü

Uhud döyüşünün tarixi 23 mart 625-ci ildir. Uhud dağının ətəyində baş verdiyi üçün bu adı almışdır. Uhud döyüşü qısa müddətdə müsəlmanların məğlubiyyəti və peyğəmbərin yaralanması ilə nəticələndi.
Bədr döyüşü Məkkəlilərin məğlubiyyəti ilə başa çatdıqda, onun intiqamını almaq üçün yeni bir müharibə etmək qərarına gəldilər. Bunu öyrənən Hz. Məhəmməd (s.a.v) görkəmli səhabələri ilə onların hansı üsula riayət etməli olduqlarını müzakirə etdi.

Gənclərin əksəriyyəti hücum döyüşlərində iştirak etmək fikrində idi. Hz.Məhəmməd (s.ə.s) fərqli fikirdə olsa da, çoxluğun fikrinə tabe olub 1000 nəfərlik ordu ilə Mədinəni tərk etdi.
Onlar dağa daha əvvəl gəlib, əlverişli mövqe tutdular. Bu üstünlük sayəsində ilkin olaraq sayca çox olan Məkkəliləri dəf etdilər. Lakin müharibə bitməmiş, müharibədə qalib gəldiklərini zənn edən həyəcanlı müsəlman gənclər qənimətləri toplamaq üçün mövqelərini tərk etdilər.
Onların bu mövqeləri tərk etdiklərini görən Xalid Bin Vəlidin komandanlığı altında bir qrup Məkkə müsəlmanlarına arxadan hücum etdi. Baş verənlərdən şoka düşən müsəlmanlar bir anlıq məğlubiyyətə uğradılar. Peyğəmbərin vəfat etdiyi şayiələri ilə onlar tamamilə ruhdan düşmüşdülər. Buna baxmayaraq, həzrəti Məhəmməd (s.a.v) bir qrup müsəlmanla dağın ətəyində yenidən mövqe tutmağı bacardı.
Müsəlmanların məğlubiyyəti ilə nəticələnən Uhud döyüşü zamanı bir çox səhabə həlak oldu. Uhud şəhidləri adlandırılan bu səhabələr arasında peyğəmbərin əmisi Hz. Həmzə də orada idi.
3. Xəndək müharibəsi

İslam tarixinin ən böyük müharibələri sırasında olmasının səbəbi sonuncu müdafiə döyüşü olmasıdır. Xəndək döyüşü qısaca müsəlmanların Mədinədə apardıqları müdafiə döyüşüdür. Xəndək döyüşü 627-ci ilə aiddir. Bu müharibənin qələbəsi sayəsində müsəlmanlar hücum üstünlüyü əldə etdilər.
Uhud döyüşündən sonra bədəvi qəbilələrini razı salan Məkkəlilər 10 minlik ordu ilə Mədinəyə hücuma qərar verdilər. Bu döyüşdə Hz. Məhəmməd (s.ə.s) Salman Farinin təklifi ilə şəhərin ətrafında xəndək qazdırdı. Müharibənin adı da buradan gəlir.
Mühasirə uzandıqca bədəvi qəbilələri müharibəni tərk etdilər. Müvazinəti pozulan Məkkə ordusunu mühasirəyə alan müsəlmanlar bununla da üstünlüyü ələ keçirdilər.
4. Hüneyn döyüşü

Müsəlmanların Havazin qəbiləsi ilə etdiyi döyüşdür. Havazin tayfası Şimali Ərəbistanda ən güclü tayfadır. 630-cu ildə baş verən müharibə müsəlmanların qələbəsi ilə nəticələndi. Hüneyn döyüşü adını Hüneyn vadisindən almışdır.
Bu qəbilə Qüreyş qəbiləsi ilə müttəfiqdi. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra dərhal Məkkəyə hücum etmək istədilər. Bundan xəbər tutan Peyğəmbər öz ordusu ilə onları qarşılamaq üçün Məkkədən çıxdı. Hüneyn vadisinin qabağında döyüş baş verdi. Müsəlmanlar qalib gəldi. Qaçan Havazin qəbilələrindən bəziləri Taifə üz tutdular.
5. Puatye döyüşü

İslam tarixinin ən böyük müharibələrindən biri olmasının səbəbi Avropada müsəlmanların irəliləyişlərini dayandıran müharibə olmasıdır.
711-ci ildə Tariq Bin Ziyadın komandanlığı ilə müsəlmanlar İspaniyadan Avropaya daxil oldular. 732-ci ilə qədər Avropada irəliləməyə davam edən müsəlmanlar bu ildən sonra irəliləyə bilmədilər.
Puatye döyüşü 732-ci ildə baş verdi. Franklar Əməvilər Dövləti arasındakı bu müharibədə franklar qalib gəldi.
6. Talas döyüşü

Talas müharibəsinin tarixi 751-ci ildir. Bu, çinlilərlə Abbasilər xilafəti arasında baş verən müharibədir. Müharibə indiki Qırğızıstanda gedirdi. Adını müharibənin getdiyi ərazinin yaxınlığındakı Talas çayından almışdır. Talas müharibəsinin nəticələri tarixin gedişatını dəyişdirən nəticələrdir. Bu döyüş ilə mətbəə ilk dəfə Çinin xaricinə çıxmışdır. Bununla yanaşı barıt, kağız və kompası da ilk dəfə ərəblər bu döyüş sayəsində öyrənirlər. Talas döyüşünün bir çox dövlətlər tərəfindən fərqli cəhətləri var. Türklər üçün ən böyük əhəmiyyəti İslamı tanımalarıdır.
Mənbə: okuhaber.com
Tərcümə etdi: Lumu Zülfüqarova
