
Hər mətbəxin təhlükəli tərəfi var. İstər türk mətbəxi olsun, istərsə də Uzaq Şərq mətbəxi. Hər birinin özünəməxsus, riskli, lakin dadlı təamları var.
Amma təhlükə dərəcəsini bir az da artırmaq istəyirsinizsə, gözlərinizi şərqə, hətta Uzaq Şərqə çevirin.Bura dünyanın ən riskli ləzzətlərini bir araya gətirir. Uzaq Şərq dəniz məhsulları ilə nadir ləzzətlərin birləşdirir. Nəticədə insan həyatını təhdid edəcək qədər təhlükəli təamlar yaranır. Bu yazıda Uzaq Şərqin ən təhlükəli dadlarını sizin üçün topladıq.
Sannakji
Koreyanın ən təhlükəli ləzzətlərindən biri olan Sannakji çiy yeyilir. O, asminoq balasıdır. Təhlükəli olmasının əsas səbəbi odur ki, bir neçə yerə bölünməsinə baxmayaraq asminoq öldükdən sonra da hərəkət edə bilir. Küncüt yağı ilə yeyilən Sannakji mədədə hərəkət etməyə davam edir. Hətta qollarından istifadə edə bilir. Bu səbəbdən Uzaq Şərq yeməklərini yemək əcnəbilər üçün təhlükəlidir. Yanlış yeyildikdə nəfəs almağınıza mane olar və sizi öldürər.
Fuqu
Yaponiyada yeyə biləcəyiniz ən şirin balıqlardan biri olan fuqu düzgün hazırlanmadıqda zəhərli ola bilər. Çiy yeyilən fuqu balıqlarında təhlükəli tetrodotoksin zəhəri var. Bu zəhər sianiddən 1200 dəfə daha təhlükəli və ölümcüldür. Bu balığı səhv yesəniz, beyniniz ilk başda zəhərləndiyinizi hiss etmir. Yavaş-yavaş sinir sisteminizin bağlandığını hiss edirsiniz və hərəkət edə bilmirsiniz. Bu səbəblərə görə, Fuqunu illərdir yetişdirilmiş Fuqu aşpazları hazırlayır. Hər il10.000 ton fuqu balığı yeyilir.
Nomura

Yaponiyada Nomuranın meduzası kimi tanınan bu növ düzgün bişirildikdə yeyə biləcəyiniz ən dadlı yeməklərdən biridir. Səhv bişirilsə, Fuqu kimi sizi zəhərləyə bilər. Yapon mətbəxindəki əksər yeməklərdən fərqli olaraq çiy yeyilməməlidir, hətta Yaponiyada Nomura ləzzəti ilə hazırlanan dondurmalar var.
Pangium Edule

Cənub-Şərqi Asiyada böyüyən Pangium Edule çox zəhərli meyvələri olan ağac çeşididir. Pangiumun meyvələrində hidrogen siyanid var.Bu dad yeyildikdə ölümcül ola bilər. Hazırlanması üçün banan yarpaqlarına və külə basdırılır, 40 gün saxlanılır, sonra qaynadılır. Əsasən tək yeyilmir, yeməklərə dad vermək üçün istifadə olunur.
Mənbə : Macromore
Tərcümə etdi : Samirə İsmayılova
