Bu gün:

Müxtəlif ölkələrin məşhur sağlamlıq vasitəsi


Türk cəmiyyətində ürək bulanmanın ən yaxşı dərmanı nanə və limonu qaynatmaqdır. Müxtəlif mədəniyyətlər müxtəlif problemlərə qarşı güclü təbii qaynaqlara malikdir. 

Bu təbii, demək olar ki, sehrli reseptlərdən bəziləri.

Fin təbii antidepressant: Qəhvə

Fin xalqı dünyanın ən böyük qəhvə içənləridir. Hər biri ildə orta hesabla 1640 fincan qəhvə  içir. Araşdırmalara görə gündə iki stəkan kofeinli qəhvə içmək  depressiya riskinizi 34%-ə qədər azaldır. Üç və ya daha çox adamda isə bu nisbət 42%-ə qədər yüksəlir. Qəhvənin tərkibindəki kofein və antioksidantlar  beynə dopamin və serotonin kimi güclü və təbii hormonlar istehsal etməyə imkan verir.

Alman təbii ağrıkəsici: Çobanyastığı çayı

Stanford Universitetində aparılan araşdırmaya görə, gündə iki stəkan çobanyastığı çayı içmək  24 saat ərzində şişkinliyi və qarın ağrılarını aradan qaldırır. Journal of Pharmacological Sciences deyir ki, çobanyastığı həm də təbii ağrı kəsici olan ensefalin hormonunun istehsalına təsir edir.

Şri Lankanın arıqlama sirri: Kokos

Orta Şri Lankalı  hər il 116  kokos yeyir və hələ də kökəlmir. Bunun səbəbi kokos yağının tərkibində orta zəncirli yağ turşularının olmasıdır.Bu da qaraciyərin yağlarını normaldan 50% daha tez yandırır. "Yağ yeyin, yağ itirin" kitabının müəllifi,  həkim Meri Enig  deyir ki, əgər bir qadın gündə 2 xörək qaşığı kokos yağı, 170 qram təzə kokos, 280 qram kokos südü qəbul edərsə, ayda 1-1,5 kilo arıqlaya bilər.

İndoneziyanın ürək-sağlamlığı resepti: Zəncəfil

İndoneziya dünyada ən çox zəncəfil istehsal edən və yeyən ölkəsidir. Zəncəfildən çay, şəkər və hətta çörək hazırlayan indoneziyalılar bu köklərin  ürəyi gücləndirdiyini düşünürlər. Stanfordda aparılan araşdırmalara görə hər gün az miqdarda zəncəfil yemək ateroskleroza səbəb olan maddənin əmələ gəlməsinə 27% maneə törədir. O qan laxtalanmasının qarşısını almaqda aspirindən iki dəfə təsirlidir. Araşdırmalara görə zəncəfilin gündəlik yeyilmə miqdarı yarım yemək qaşığıdır.

Hindistanda qan şəkəri stabilizatoru: Zərdəçal

Zərdəçal hindlilər üçün qiymətli ədviyyatdır. Gujarat Universitetinin araşdırmasına görə zərdəçalın tərkibindəki curcumin qanda şəkərin qlükoza səviyyəsini təyin edən genləri nəzarətdə saxlayır. Bu tərkib həm də şəkər səviyyəsi yüksəldikdə mədəaltı vəzinin insulin istehsalına kömək edir. Ət, tərəvəz, yumurta və düyü ilə yaxşı gedən bu ədviyyatı hər gün yarım çay qaşığı yeməkdə işlətmək faydalıdır .

Yaponiyanın xolesterola qarşı ən böyük silahı: Göbələk

Yaponiyada göbələk həm dərman, həm də qida kimi qəbul edilir. Orta hesabla yapon qadını ildə ən azı 8 kilo göbələk yeyir. Pensilvaniya Dövlət Universitetinə görə gündəlik pəhrizinizə ən azı yarım stəkan göbələk əlavə etmək xolesterol səviyyənizi sabit saxlamaqda 30%-ə kömək edir. Yeməyinizdə göbələklər işlətmək qaraciyərinizə böyük  xeyir verər.

Ruslara görə soyuqdəyməyə qarşı ən güclü dərman: Sarımsaq

Rusiyada sarımsağın soyuqdəyməyə qarşı ən güclü vasitə olduğuna inanılır. Gainesville  Florida Universitetinin araşdırmasına görə sarımsaqda olan mikrobial inhibitor maddələrdən biri olan  allisin immuniteti gücləndirir. Hər gün bir diş sarımsaq yemək yoluxucu xəstəliklərə yoluxma riskini 43%-ə qədər azaldır.

İngilis əzələ rahatlaşdıran: İsti xardal vannası

Yeməklərdə sous kimi istifadə etdiyimi toz xardal İngiltərədə əzələ ağrılarını azaltmaq üçün isti vannalarda istifadə edilir. Xardal məsamələrdən toksinləri atmağa, qan dövranını sürətləndirməyə, gərgin əzələləri rahatlamağa və zədələnmiş toxumaları sağaltmağa kömək edir. 

Mənbə : Macromore

Tərcümə etdi : Samirə İsmayılova


Paylaş