
Bir çox insanlar utancaqlıqdan əziyyət çəkə bilərlər. Ətrafımızda müşahidə aparsaq, özünəqapanan insanları görə bilərik. Çevrəmizdə neqativ, özünəqapanan insanların olması bizim əhval-ruhiyyəmizə də təsir göstərir. Bu cür insanların diqqət etməli olduqları məqamlara nəzər salaq:
1. Güvən problemi daha çox nədə yaşayırsınızsa, ona diqqət edin.
Hər kəs zaman-zaman insanlara qarşı etibarını itirir. Bu problemi yaşayırsınızsa, özünüzü qınamayın, əksinə, sizi yaxşı hiss etdirəcək fəaliyyətlərlə məşğul olun.
2. Mənfi düşüncələrinizin öhdəsindən gəlməyi öyrənin
Mənfi düşünməyə başlayanda əvvəlcə sakitləşin. Yavaş-yavaş düşüncələrinizə susmağı öyrədə bilərsiniz ki, onlar artıq sizin həyatınıza mane olmasın.
3. Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın
İnsanların özgüvənsizliklə mübarizə aparmasının səbəblərindən biri də öz zəif nöqtələrini digər insanların güclü nöqtələri ilə müqayisə etmələridir. Başqa sözlə, onlar öz həyatlarının mənfi keyfiyyətlərini başqalarının həyatındakı müsbət keyfiyyətlərlə müqayisə edirlər.
4. Hər nə olsa da, gülümsəyin
Hər kəs həyatında xoşbəxt, pozitif insanların olmağını istəyir. Özünüzü hər zaman xoşbəxt hiss etməsəniz də, zaman-zaman üzünüzü təbəssüm almağa məcbur edin. Bu nəinki dərhal daha yaxşı hiss etdirəcək, həm də digər insanların sizin ətrafınızda olmaq, sizinlə danışmaq və sizi tanımaq istəyinə səbəb olacaq.
Mənbə: wikihow.com
Tərcümə etdi: Tərlanə Abdullayeva
