Bu gün:

Aloe vera və faydaları nələrdir?


Aloe vera geli dəriyə bir çox müsbət təsirlər göstərən su əsaslı nəmləndiricidir. Kollagen dərinin quruluşunda və elastikliyində mühüm rol oynayan bir proteindir. 

Tədqiqatlar göstərir ki, dəriyə tətbiq edildikdə aloe vera geli dəridə kollagen maddəsini artırır. Aloe veranın dəri döküntüsü və bəzi dəri xəstəliklərinin müalicəsində də təsirli olduğu bilinir.

Yaraların tez sağalması

Aloe vera dəriyə sürtülür. Uzun illər dəridə qalan yanıqlar və yaralar üçün istifadə olunur. Yanıqların sağalma müddətini qısaltmaq üçün təsirli bir vasitədir. Aloe vera yaraların sağalmasını necə sürətləndirir? Aloe vera tərkibində polisaxarid olan qlükomannan və böyümə hormonu olan gibberellin var. Nəticədə, aloe yaranın daha sürətli sağalmasını təmin edir.


Dərinin qorunması

Bir çox araşdırmalar aloe veranın dəri üzərində qoruyucu təsirə malik olduğunu göstərmişdir. Dərini sərbəst radikalların zədələnməsindən və radiasiyanın dəriyə təsirindən qoruyur. Aloe veranı dəriyə tətbiq etdikdə təsirini göstərməyə başlayır.


Mənbə: başarıhastanesi

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et