Dəniz hörümçəkləri normal hörümçəklərə bənzəyir, buna baxmayaraq, bir çox xüsusiyyətləri ilə onlardan fərqlənir. Dünyada 1300-dən çox növü var və onlara dənizin istənilən hissəsində rast gəlmək olar. Kifayət qədər tanınan dəniz canlıları olmadığı üçün onlar haqqında çox az məlumata sahibik.

Dəniz hörümçəkləri, xüsusən ayaqlarına görə çox insan tərəfindən digər hörümçək növləri ilə qarışdırılır. Ancaq dəniz hörümçəkləri digərlərindən fərqli olaraq meduza və ya dəniz kirpisi kimi dəniz həyatına uyğunlaşıblar. Bu canlıların ayaqları kifayət qədər incədir və müəyyən dərəcədə əyilərək yeriməyə kömək edir. Bundan əlavə, dəniz hörümçəklərinin bədəni adi hörümçəklərinkindən fərqlidir, daha yuvarlaq və sərt qabığa malikdirlər.
Dəniz hörümçəklərinin qida zəncirində mühüm yeri var. Kiçik dəniz heyvanlarından böyük dəniz heyvanlarına qədər bir çox növ tərəfindən ovlanır. Digər dəniz canlıları ilə müqayisədə olduqca yavaş hərəkət edirlər, lakin yenə də ovlarını tutmaq üçün gizli taktikalardan istifadə edirlər. Məsələn, bəzi dəniz hörümçəkləri kiçik dəniz bitkiləri və ya bədənlərinə yapışan heyvanlardan istifadə edərək özlərini kamuflyaj edir və ovlarını tuturlar.
Dəniz hörümçəkləri haqqında daha çox məlumat əldə etmək üçün araşdırmalar davam edilir. Araşdırmalar bu maraqlı və bənzərsiz canlıların həyat tərzləri, davranışları və şəraitə uyğunlaşmaları haqqında daha çox məlumat vermək məqsədi daşıyır.
Mənbə: Türkcebilgi
Tərcümə etdi: Nahid Xəlilov
