Bu gün:

Blackrock "dünyanı idarə edən şirkət"?


Böyüklüyü və dünyanın bir çox sahələrinə təsiri ilə tanınan BlackRock bəzi insanlar  tərəfindən "dünyanın sahibi" və ya "dünyanı idarə edən" şirkət kimi qəbul edilir. Bəs niyə? Bu məqalədə bunun səbəbini sizlərə təqdim edirik.

Dünyanın ən böyük investisiya qurumu olan BlackRock aktivində olan 10 trilyon dollarla dünyanın ən böyük açıq fond meneceridir. Bir çox səhmlərə, mülklərə, korporativ mülkiyyətə sahib olan bu şirkət, demək olar ki, hər sahənin müəyyən hissəsinə sahibdir. Xüsusən, də ABŞ-nin 7 ən böyük bankının ən nüfuzlu səhmdarıdır. Belə halda BlackRock-un təsiri altına düşməmək mümkün deyil.  O, təkcə ABŞ-də deyil, Avstraliyanın 4 ən böyük bankında, Almaniyada Deutsche Bank və Commerzbank, İngiltərədə Lloyds Bankında əhəmiyyətli hissələrə sahibdir.

Dünyanın yüksək səviyyəli bankları ilə əməkdaşlıq edən bu qurum rəqibləri üzərində üstünlük qazandığına görə etibar etmək istədiyimiz şirkəti seçərkən bizə elə də çox seçim buraxmır.  İnvestisiya kimi bankda saxlanılan pullar BlackRockdan keçir.

Bununla belə, onların fəaliyyətinə nəzər saldıqda görürük ki, BlackRock öz gücündən və təsirindən ən pis şəkildə istifadə edir. Dünyanın ən böyük fosil yanacaq investoru BlackRock Amazon meşələrinin məhv edilməsi də daxil olmaqla, digər meşələrin və ekosistemlərin məhv edilməsinə axan pulun əsas mənbəyidir.

Mənbə: Gazetebilkent

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et