Bu gün:

Gələcəkdə Aysız Yer ola bilərmi?


Ayın bizdən hal-hazırda məsafəsi 384 min 400 km-dir. Bununla belə, son araşdırmalar təqribən 3,2 milyard il əvvəl Ayın Yerdən 270 min km uzaqda olduğunu müəyyən edib. Bu, indiki məsafənin təxminən 70 faizini təşkil edir. 


Hətta bugünkü geri çəkilmə sürətində belə, Ayın Yerdən tamamilə ayrılması çətin görünür. Hətta Günəşin 5-10 milyard il sonra fəlakətli şəkildə sönməsi daha əvvəl baş verəcək. İnsanlıq yəqin ki, bundan çox əvvəl sona çatacaq. Qısa müddətdə insanlıq günlərin uzanmasında rol oynaya bilər. Bu, iqlim dəyişikliyi səbəbindən buzlaqlarda qalan buz və suyun sərbəst buraxılması ilə baş verə bilər. Uoltham 600-900 milyon il əvvəl Yerin qar qlobusu adlanan buz dövrünə qədəm qoyduğu dövrü xatırlayaraq "Buz gelgitləri yatır" deyir. 


Bu dövrdə Ayın geri çəkilməsində dramatik bir yavaşlama müşahidə edildi. Bunun tam təsirinin nə olacağını proqnozlaşdırmaq çətindir. Çünki bunun bəziləri, buz təbəqələrinin çəkisi azaldıqca, digər yan təsirlərə səbəb olan torpaq yüksəlməsi ilə kompensasiya edilə bilər. Nəzəri olaraq, NASA-nın Artemis proqramı çərçivəsində Aya gedəcək astronavtlar 60 il əvvəl Apollon missiyası ilə peykimizə gedən sələflərindən daha uzaqdan evlərinə baxacaqlar. (Bu, yenə də onların Ayın Yer ətrafında elliptik orbitində haradan gəldiyindən asılı olacaq. Bu orbitin ən yaxın və ən uzaq nöqtələri arasındakı məsafə hər 29 gündə 43.000 km dəyişir.) Qalanlarımız üçün həyatımızın hər gün bir pikosaniyə (saniyənin trilyonda biri) uzanmasının çox da mənası olmaya bilər. Vaxt bir göz qırpımında keçəcək.


Mənbə: BBC 

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et