Bu gün:

“İsti havalarda insan daha çox çılğınlaşır, aqressiv olur”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi psixoloq Səidə Kazımzadədir. O, isti havaların insanlara necə təsir etməyi haqqında danışıb.


-Bəzi insanlar yay gələndə əhvallarının dəyişdiyindən, isti havaların onların psixologiyasına mənfi təsir etdiyindən danışırlar. Siz necə düşünürsünüz?


Yay fəsli deyiləndə havada olan narahatlıq, istinin stressi, insanların özünə kölgəlik axtarması, rahat yerdə dinclik axtarması, istiliyin təsirindən insanlarda yaranan neqativliklər, gün vurmalar nəzərdə tutulur. Bunların hamısı, təbii ki, insanlarda narahatlıq yaradır. Bütün fəsillərdə depressiya var. Məsələn, yay, qış, payız, yaz depresiyyaları, amma qış sakit və dinc fəsil olduğu üçün insan qışda çox depressiya yaşamır. Hər fəslin özünəməxsus depresiyyaları var. Yayın da özünəməxsus depressiyaları var. İqlimin isti olması, insanlardakı qida zəifliyi, insanların istidən tərləmə prosessleri, yayda qadınların ailədə, evdə qış tədarükü görməsi insanları daha çox yorur və həyat elə bil qaynar olur. Buna görə də insanlarda bədbinlik vəziyyəti yaranır. İnsanlar şəhərin səs-küyündən, narahatlığından uzaqlaşmaq  üçün istirahətə gedirlər. Soyuq havalarda insanın ruhu da soyuq və sərin olur. Amma isti havalarda insan daha çox çılğınlaşır, aqressiv olur.


Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et