Bir insanın zəkalı olub-olmadığını anlamaq üçün elmi məqalələrdə də qeyd olunan bir sıra xüsusiyyətlərə baxmaq kifayətdir.
Əslində, zəka anlayışı üçün Linda Gottfredsonun verdiyi tərif ən uyğun təriflərdən biri hesab olunur.
“Zəka — məntiq yürütmə, plan qurma, problemləri həll etmə, abstrakt düşünmə, mürəkkəb ideyaları anlama, tez öyrənmə və təcrübədən nəticə çıxararaq öyrənmə bacarığını da əhatə edən çox ümumi bir zehni qabiliyyətdir.”
Bu tərifdən çıxış edərək zəkanın müəyyən edilməsi üçün daha obyektiv meyarlara baxa bilərik:
1. Zəkalı insanlar abstrakt (mücərrəd) ideyaları — xüsusilə riyazi anlayışları — asanlıqla qavrayırlar.
2. Mürəkkəb fikirləri başa düşmək onlar üçün çətinlik yaratmır.
3. Əgər bir sahədə yaxşıdırlarsa, adətən digər sahələrdə də uğur qazanırlar. Geniş yayılmış çoxlu zəka nəzəriyyəsinin əksinə olaraq, əka ümumi qabiliyyət kimi qəbul edilir. Yəni, məsələn, riyaziyyatda yaxşı olan biri sosial elmləri də asanlıqla anlaya bilər və əksinə. Buna görə də zəka üçün “g-faktoru” və ya “ümumi zəka” anlayışı istifadə olunur. Zəkalı insanların həm abstrakt düşünmə bacarığı, həm də yaddaşı adətən güclü olur. Buna görə də, “zəkalı insanlar universitet imtahanlarında yüksək bal toplamağa meyllidirlər”.
4. Maraqlı müşahidələrdən biri də odur ki, zəkalı insanlar ətraflarını da adətən zəkalı insanlardan formalaşdırırlar. Yəni, onlar oxşar intellekt səviyyəsinə malik insanlarla ünsiyyət qurmağa üstünlük verirlər. Eyni zamanda daha az zəka səviyyəsinə malik insanlar da ətraflarında oxşar səviyyədə insanlarla olurlar.
5. Elmi araşdırmalarda yüksək zəka ilə müəyyən zehni pozuntular arasında da əlaqə aşkar edilib. Zəkalı insanlar neyrotipik olmama meyli göstərə, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu, autizm spektri, antisosial davranışlar kimi xüsusiyyətlərə sahib ola bilərlər.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
