Bu gün:

Gözlənilmədən gələn yemək istəyi


Bəzən gözlənilmədən "Şokolad olsa yeyərdim", "Qızartma kartof istəyirəm" kimi cümlələr qururuq. Belə hallarda bədənimiz, əslində, müəyyən şeylərin çatışmazlığını qarşılamaq istəyir. Müəyyən qidalara olan istəyimiz, xüsusən də, pəhriz saxlayan zaman bizi çətinliyə salır. Məsələn:

1-Qızardılan qidalar
Çoxlu omeqa yağ turşuları olan qidalar yeməsəniz, bədəniniz sağlam olmayan kartof qızartması tələb edə bilər.

2-Şirniyyat
Şirniyyata olan həvəs maqnezium, sink və xrom çatışmazlığının göstəricisi ola bilər.

3-Şokolad
Həddindən artıq şokolad istəyi də maqnezium çatışmazlığının göstəricisi ola bilər.

4-Yumurta
Həddindən artıq yumurta yemək istəyi saç və dırnaq sağlamlığında mühüm yeri olan biotin çatışmazlığının göstəricisi ola bilər.

5-Pendir
Pəhrizinizdə kifayət qədər yağ yoxdursa, pendir arzulaya bilərsiniz. Bundan əlavə, kalsium çatışmazlığı da pendir yemək istəyi yarada bilər.

6-Alkoqol
Alkoqol qəbuluna həddindən artıq həvəs kalium, kalsium və gultamin çatışmazlığının göstəricisi ola bilər. Hər halda, spirtin zərərli bir maddə olduğunu da unutmamalısınız.

7-Qazlı içkilər
Soda üçün istəklər bədəninizdə kalsium çatışmazlığının əlaməti ola bilər.

8-Ət
Həddindən artıq qırmızı ət yemə istəyi B12 və dəmir çatışmazlığının göstəricisi ola bilər.

9-Çay və ya qəhvə
Natrium, dəmir və fosfor çatışmazlığının əlaməti həddindən artıq çay və qəhvə içmə istəyi yarada bilir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et