Bu gün:

Əslində, baxımlı olmaq çox asandır


Özünə qulluq etmək həyatın çiçəklənməsinin ən zövqlü yollarından biridir.

Səliqəli geyimli, təmiz, gümrah görünüşlü insan bir çox insanların diqqətini çəkir və insanlarda daha müsbət təəssürat yaradır. Çünki baxımlı olmaq insanın həyata qarşı duyduğu motivasiyanın və həyat enerjisinin təbii nəticəsidir.

Hərəkət etmək

İdman dərnəyinə qoşulmaq imkanınız olmasa belə, qısa bir gəzintiyə çıxmağa çalışın, lift əvəzinə pilləkənlərdən istifadə edin və heç olmasa, həftəsonlarınızı hərəkət edə biləcəyiniz fəaliyyətlərlə doldurun. Hərəkət etmədən sağlam və gözəl görünməyi gözləmək sadəcə xəyaldır.

Dəri gözəlliyi

Uzun illər Madonnaya dərs deyən üz yogası üzrə təlimatçı Eva Fraser gündə ən az 15 dəfə üzü su ilə yumaq lazım olduğunu, makiyaj təmizləyicilərin yalnız makiyajı təmizləmək funksiyasının olduğunu və suyun dərini təmizləmək üçün vacib olduğunu deyir.

Bundan əlavə, həftədə bir dəfə üzünüzə 30 dəqiqə qəhvə maskası sürtmək pilinq effekti ilə məsamələri təmizləyərək nəfəs almağa imkan verir. 

Saç baxımı

Xüsusilə, yay aylarında həftədə bir dəfə saçlarınıza klassik zeytun yağı proseduru etmək və duş qəbul etməzdən əvvəl həftədə bir dəfə saçınızı alma sirkəsi ilə yumaq saçlarınızın ehtiyac duyduğu nəmi alması və öz nəmini itirməməsi üçün çox faydalıdır. 

Yediyimiz və içdiyimiz

Biz, əslində, dərimizə, saçımıza və bədənimizə daxildən baxmalıyıq və bunun yeganə yolu tərəvəz, balıq, vitaminlər və s. kimi sağlam olduğunu bildiyimiz qida mənbələrini istifadə etməyi seçməkdir. 

Ağıllı alış-veriş

Modanı izləyərkən ən vacib məqam modanın əsiri olmamaq və büdcəmizi pozmadan ən çox ehtiyacımız olan və tez-tez istifadə edəcəklərimiz arasında düzgün tarazlığı qura bilməkdir. 

Düzgün makiyaj

Yanlış makiyajla qadının gözəl görünməsi mümkün deyil. Makiyaj üzümüzün gözəl tərəflərini ortaya çıxarmaq və qüsurlu tərəfləri kamuflyaj etmək üçün istifadə edilən bir üsuldur.

Mənbə: Uplifers

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et