Bu gün:

Daha nizamlı olmaq üçün əməl etməli olduğunuz 5 qayda


Evi hər zaman səliqəli saxlamaq ideyası olduqca asandır, lakin həyata keçirilməsi çətin bir mövzudur. Səliqəli olmaq həmişə sizə lazım olan əşyaların harada yerləşdiyini bilmək və onların yerində olduğundan əmin olmaq deməkdir. Təbii ki, günün hər dəqiqəsində 100% səliqəli evdə yaşamaq xəyal kimi görünə bilər. Bununla belə, əldə edəcəyiniz bir neçə vərdiş və gündəlik işlərlə evinizin çox vaxt nizamlı olmasını təmin edə bilərsiniz. 

Açarlarınızı və telefonunuzu eyni yerdə saxlayın

Hər gün özünüzlə apardığınız açarları, pul kisəsini, cib telefonunu, qulaqcıqları və digər əşyalarınızı evə hər dəfə daxil olanda eyni yerə qoyun. Bu əşyalar üçün qapınızın ağzında yer ayırın ki, açarlarınızı və telefonunuzu tapmaq üçün heç vaxt qaçmağa, onların harada olduğunu tapmağa çalışmayın.

Tapşırıq siyahıları yaradın

Hər gecə yatmazdan əvvəl və ya hər səhər oyandığınız zaman yeni işlər siyahısı yaradın və gün ərzində yerinə yetirdiyiniz bütün işləri qeyd edin. Beləliklə, ev tapşırığını yerinə yetirdikcə özünüzü daha çalışqan və motivasiyalı hiss edəcəksiniz.

Yemək üçün vaxt ayırın

Alış-verişə getməzdən əvvəl həmin həftə edəcəyiniz yeməklərin siyahısını yaratmaq alış-veriş siyahısını asanlaşdırmağa və soyuducuda qalıb məhv olacaq qidalara pul xərcləməməyinizə kömək edəcək. Həm də alış-veriş zamanı lazımsız məhsullar almamağınızı və pulunuzu boş yerə sərf etməmənizi təmin edən menyu hazırlamağı vərdiş halına salın. 

Növbəti gün üçün paltar seçin

Səhərlər şkafınıza baxıb nə geyinəcəyinizi düşünməklə vaxt itirməkdənsə, bunu bir gecə əvvəl etmənizi tövsiyə edirik. Ehtiyac duymadan bir şey hazırlamağı vərdiş halına gətirsəniz, bu, hər zaman sizinlə olacaq bir vərdişə çevriləcək.

İşinizi təxirə salmayın

Təəssüf ki, o çarpayı öz-özünə yığılmayacaq, o qablar öz-özünə maşına yerləşməyəcək. Bunları kimsə etməlidir. Nə qədər geciksəniz, sizin üçün bir o qədər çətin olacaq. Yatmazdan əvvəl mətbəxi təmizləmək səhərlər təmiz bir mətbəxlə qarşılaşmanızı təmin edəcək. Hər səhər yuxudan duran kimi yatağınızı yığdığınız zaman axşam evə gəldiyinizdə girmək istəmədiyiniz dağınıq çarpayı ilə qarşılaşma vəziyyətinin də qarşısını alır. İşinizi təxirə salmadan dərhal qurtarmağa çalışın.

Mənbə: Emay home

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et