Bu gün:

Düşüncənin gücü


Pozitiv düşüncə həyatın parlaq tərəfinə diqqət yetirən və müsbət nəticələr gözləyən zehni və emosional münasibətdir. Pozitiv insan xoşbəxtlik, sağlamlıq və uğur proqnozlaşdırır və hər hansı maneə və çətinlikləri dəf edə biləcəklərinə inanır. Pozitiv düşüncə hər kəsin inandığı və əməl etdiyi bir anlayış deyil.

Bəziləri bunu cəfəngiyat hesab edir. Bununla belə müsbət düşüncəni bir fenomen kimi qəbul edən və onun effektivliyindən istifadə edən kifayət qədər insan var. Bu mövzu getdikcə populyarlaşır, bunu bir çox kitablar, mühazirələr və məqalələr sübut edir. Etdiyiniz hər şeydə müsbət düşüncə tərzini mənimsəməlisiniz.

Pozitiv düşüncə necə işləyir? 

Aşağıdakı hekayə bu gücün necə işlədiyini göstərir:

Orxan yeni iş üçün müraciət etdi, amma özünə inamı az olduğu üçün uğur qazanacağına inanmadı və özünü uğursuzluğa sürüklədi. O özünə qarşı mənfi münasibət bəsləyirdi və buna görə də başqalarının ondan daha yaxşı və daha bacarıqlı olduğuna inanırdı. Orxanın beynini iş müsahibəsinə qədər bütün həftə işlə bağlı mənfi fikirlər və qorxular doldurmuşdu. Əslində onun gözlədiyi uğursuzluq idi. İş müsahibəsi günü gec durdu və geyinməyi planlaşdırdığı köynəyinin çirkli olduğunu, digərinə isə ütü lazım olduğunu bildi. Artıq gec olduğu üçün qırışıq köynək geyinib səhər yeməyi yemədən getdi. Müsahibə zamanı o, əsəbi, neqativ, ac və köynəyindən narahat idi. Bütün bunlar onun fikrini yayındırdı və diqqətini müsahibəyə yönəltməyi çətinləşdirdi.

 Yavuz da eyni işə müraciət etdi, amma o, məsələni başqa cür həll etdi. O, bu işi görəcəyinə əmin idi. İş müsahibəsindən bir həftə əvvəl o, yaxşı təəssürat yaratmaq üçün məşq edirdi. Müsahibədən bir gün əvvəl o, geyəcəyi paltarları hazırlayıb tezdən yatmağa getdi. Müsahibə günü həmişəkindən tez oyandı, səhər yeməyinə kifayət qədər vaxt tapdı, sonra təyin olunmuş vaxtdan əvvəl müsahibə ünvanına getdi. Nəticədə Yavuz yaxşı təsir bağışladı və işə düzəldi.

 Bu iki hekayədən nə öyrənəcəyik? Hər hansı sehrlərdən istifadə olunubmu? Xeyr, hər şey təbii baş verdi.

Pozitiv düşüncə həyat tərzidir

Müsbət münasibətlə xoş və xoşbəxt emosiyalar yaşayırıq. Bu, gözlərə parlaqlıq, daha çox enerji və xoşbəxtlik gətirir. Bütün varlığımız xoş niyyət, xoşbəxtlik və uğurla doludur. Hətta sağlamlığımıza da müsbət təsir edir. Müsbət və mənfi düşüncə yoluxucudur. Biz qarşılaşdığımız insanlardan təsirlənirik və ya onlar bizdən təsirlənir. Bu, instinktiv olaraq, şüuraltı olaraq, sözlər, düşüncələr və hisslər vasitəsilə, həm də bədən dili ilə baş verir. Mənfi fikirlər, sözlər, münasibət mənfi və bədbəxt emosiyalar, əhval-ruhiyyə və davranışlar yaradır. Ağıl mənfi olduqda qana "zəhər" buraxılır ki, bu da daha çox bədbəxtlik və neqativliyə səbəb olur.

Pozitiv düşüncə təlimatları və təkliflər

Zehni müsbətə çevirmək üçün bəzi daxili məşqlər lazımdır, çünki daxili münasibətlər və düşüncələr bir gecədə dəyişmir. Bu yazını oxuduqdan sonra həyatınızda deyilənləri sınamağa çalışın. Özünüz üçün inanılmaz nəticələr görəcəksiniz. Düşüncələrinizin gücü həyatınızı hər zaman formalaşdıran güclü bir qüvvədir. Bu formalaşdırma adətən şüuraltı olaraq baş verir, lakin prosesi şüurlu etmək də mümkündür.

- Təsəvvürünüzü yalnız müsbət vəziyyətləri vizuallaşdırmaq üçün istifadə edin.

- Daxili dialoqlarınızda və ya başqaları ilə danışarkən müsbət sözlərdən istifadə edin.

- Gülümsəyin, çünki müsbət düşünməyə kömək edir.

- Beyninə neqativ fikir gələndə dərhal onu müsbət fikirlə əvəz etməyə çalış. Təsəvvür edin ki, qarşınızda iki şəkil var; onlardan birinə baxıb digərinə məhəl qoymamağı seçməlisən.

- Mənfi fikirləri müsbət fikirlərlə əvəz edərkən daxili müqavimət və çətinliklərlə qarşılaşırsınızsa, təslim olmayın, sadəcə beyninizdəki faydalı, yaxşı və xoşbəxt düşüncələrlə məşğul olmağa davam edin.

- Hazırda vəziyyətinizin necə olmasının əhəmiyyəti yoxdur. Müsbət düşünün, yalnız müsbət nəticələr gözləyin və vəziyyətlər, şərtlər buna uyğun olaraq dəyişir. Əgər cəsarət etsəniz, fikrinizin düşüncə tərzini dəyişəcəksiniz. Dəyişikliklərin baş verməsi üçün bir az vaxt lazım ola bilər, lakin onlar nəhayət dəyişəcək.

- Başqa bir faydalı texnika təsdiqlərin təkrarıdır. Bu texnika yaradıcı vizuallaşdırmaya bənzəyir və istifadə edilə bilər. 

Yeri gəlmişkən, pozitiv düşüncəyə dair ən uğurlu kitablardan biri Napaleon Hillin " Düşün və zəngin ol " kitabıdır. Əgər pozitiv düşünsəniz, işləriniz yaxşı olacaq. 

Mənbə: Read it 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et