Bu gün:

Ən maraqlı canlılar-şəffaf başlı balıqlar


Şəffaf başlı balıqlar həm çələnglü, həm də lülə balıqları kimi tanınırlar. Barrel gözlülər ailəsinə aiddirlər. 

Onların ən maraqlı xüsusiyyəti günbəz formalı başlarının şəffaf olmasıdır. Onların başları maye ilə doludur və bu mayenin içərisində işığa həssas durbin kimi gözlər var. Gözlərinin işığa həssas olmasının səbəbi görmə ötürülməsini təmin edən rodopsin reseptor zülallarının və insanlarda ağ-qara görməni təmin edən çubuq hüceyrələrinin tor qişalarında çox olmasıdır.

Həssas gözləri ilə günəş işığını və bioluminescent canlıları asanlıqla ayırd edə bilirlər. Az işıqlı şəraitdə ovlarını gözlərinə düşən kölgədən tanıyırlar. Ovlarını axtararkən gözləri yuxarı baxır, ovunu yeyəndə isə irəli baxır. Geniş və düz üzgəcləri ilə suda tamamilə hərəkətsiz qalaraq pusquda yatırlar. Lakin onlar ovlarını tutmaq üçün aydın və kəskin dönüşlər edə bilirlər.

Onlar, əsasən, xırda xərçəngkimilər, zooplankton və meduzalarla qidalanırlar. Delikşəkilli burunları və şəffaf başlarının altında uzun dişsiz ağızları var. Onlar dərin su balıqlarıdır, Sakit, Atlantik və Hind okeanlarının 600 m-800 m dərinliklərində yaşayırlar.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et