Bu gün:

Evdə təbii şampun necə hazırlaya bilərik?


Evdə hazırlanan şampunlar həm təbii, həm də çox qənaətcildir. Evdə hazırladığınız, saçlarınızı qidalandıra bilən təbii şampunlar sağlamlıq üçün çox faydalıdır. 

Yaşıl çay şampunu

Məmulatlar: 

Yarım litr su

Yarım rəndələnmiş təbii sabun

 3 paket yaşıl çay

 1 kapsula E vitamini

İstəyə bağlı bitki efir yağları

Yaşıl çay isti suya atılır və onun dəmlənməsi gözlənilir. Rəndələnmiş sabun dəmlənmiş çayın içinə atılır və həll olunana qədər qarışdırılır. Əridikdən sonra E vitamini əlavə olunur. Soyuduqdan sonra şampun qabına köçürülür. İstifadə zamanı çox bərk olarsa, isti su ilə seyrəldə bilərsiniz. 

Çobanyastığı çayı şampunu

Məmulatlar: 

 3 xörək qaşığı təbii sabun

2 stəkan çobanyastığı çayı

5 damcı efir yağı

1 xörək qaşığı maye qliserin

Çobanyastığı çayını rəngi tündləşənədək dəmləyin. Sabunu rəndələyin. Çobanyastığı çayına sabun əlavə edin və həll olunana qədər qarışdırın. Əridikdə digər inqrediyentləri əlavə edin və soyuyanda şampun qabına tökün. 

Mənbə: Posta 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et