Bu gün:

Evdə əlfəcinlərimizi necə hazırlayaq?


Kitab oxumaq zehni inkişafın ən təsirli üsullarından biri olmaqla yanaşı günün stresini və zehni yorğunluğunu aradan qaldırır. Yeni bir kitabla fərqli bir dünyanın qapılarını açarkən, eyni zamanda, bilik çeşməsindən nələrsə axmağa başlayır. Ona görə də oxumağı gündəlik həyatın bir hissəsinə çevirmək lazımdır. Oxumağı asanlaşdıran və sevdiyiniz abzasları müəyyənləşdirməyə kömək edən əlfəcin çox funksional vasitədir. Siz, həmçinin öz əlfəcininizi yaradaraq unikal əlfəcin əldə edə bilərsiniz.

İnsan yaddaşının mühüm sütunu olan vizual yaddaş bir şeyi xatırlamaq üçün istifadə etdiyiniz ilk üsullar arasındadır. Bu səbəbdən, əslində sadə bir iş olan bookmark olduqca əhəmiyyətlidir. Oxuduğunuz kitabı avtobusda, bağ evində, evdə və ya metroda qoyduğunuz yeri tapmaq çox vaxt çətin olacaq. Nəşriyyatların kitablarla birlikdə hədiyyə etdiyi əlfəcinlərdən başqa, unikal əlfəcin əldə etmək istəyirsinizsə, aşağıda təsvir edilən üsullardan istifadə edə bilərsiniz. 

Aşağıda təsvir edəcəyimiz üsullar sizə yalnız bir fikir verəcəkdir. Bu ideyalardan istifadə etməklə siz müxtəlif ideyalara qapı aça bilərsiniz. Ümumiyyətlə, əlfəcinlər yaratmaq üçün aşağıdakı materiallara ehtiyacınız olacaq. Fon karton və ya kağız, xətkeş, qayçı, rəngli karandaşlar, yapışqan və bəzəmək üçün muncuqlar. 

Birinci üsul olaraq rəngli fon kartonundan istifadə edə bilərsiniz. İstədiyiniz ölçüdə düzbucaqlı formada fon kartonunu və ya rəngli kağızı kəsin. İstədiyiniz mətni yazın və ya üzərinə naxış çəkin. Sizi kitab oxumağa təşviq etmək üçün sevimli aforizm, kitabdan cümlə və ya sözlərdən istifadə edə bilərsiniz. Kartonun və ya kağızın yuxarı mərkəzindən ip və ya lent asmaq üçün bir deşik açın. Bu ipin və ya lentin ucuna taxta muncuqlar yapışdıraraq əlfəcininizi bəzəyə bilərsiniz.

Ağ karton götürün və kartonu düzbucaqlı şəklində kəsin. Kəsdiyiniz kartona naxış və ya rəngli karandaşlarla bəyəndiyiniz rəsmi çəkə bilərsiniz. Məsələn, gül naxışı çəkə və ya onu sevimli rənglərinizə boyaya bilərsiniz. 

Rəngli kağızlar alın və bu kağızlardan istədiyiniz həndəsi fiqurları kəsin. Kəsdiyiniz formaları ardıcıllıqla, yapışqandan istifadə edərək başdan uca yapışdırın. İstəsəniz, kəsdiyiniz formaları kəsib yapışdırıb müəyyən forma yarada bilərsiniz. Sonra rəngli karandaşlarla yazaraq və ya formalar düzəldərək kağızı bəzəyə bilərsiniz. 

Sevdiyiniz fiqur və ya formanı kartona çəkərək kəsin. Qalan kartondan nazik bir zolaq kəsin və bunu sağdan və soldan kəsdiyiniz formaya yapışdırın. Yapışdırarkən orta hissəni boş buraxın. Kitab səhifəsini bu boşluqdan keçirərək əlfəcin kimi istifadə edə bilərsiniz. 

Əlfəcinlərinizə yaza biləcəyiniz maraqlı ifadələr: 

Çalışanlar itirə bilər, cəhd etməyənlər isə artıq uduzublar.

Bəziləri xoşbəxtlik axtarır, bəziləri isə onu yaradır.

Sevgi bir-birinə baxmaq deyil, birlikdə eyni istiqamətə baxmaqdır.

Kaş ki ,demək əvəzinə, növbəti dəfə etməyə çalışın.

Unutmayın, mükəmməlliyin arxasında qorxu dayanır.

Ən dinc tənhalığı əlfəcinlər yaşayır.

Başlanğıcı olan bir şey necə olsa bitəcək. 

Keçmişi eviniz kimi deyil, kitab kimi istifadə edin.

Kitablar dost kimidir, az olsa da, yaxşı seçilməlidir.

Mənbə: Çiçek sepeti 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et