Bu gün:

Gülləri necə quruda bilərik?


Çiçək qurutma üsullarından ən maraqlısı saç spreyi üsuludur. İllərlə saxlamaq istədiyiniz və sizin üçün çox yüksək mənəvi dəyərə malik çiçəklərinizi qurutmaq üçün bu əyləncəli üsulu sınaya bilərsiniz. Çiçəkləri qurutmaq üçün istifadə edə biləcəyiniz saç spreyi çiçəklərin xarab olmadan qurumasını da təmin edir.

Saç spreyi ilə çiçəklərin qurudulması

Əvvəlcə çiçəkləri güldandan çıxarıb yaxşıca qurutmaq lazımdır. Sapları və yarpaqları quruduqdan sonra düz bir səthə dəsmal qoyub üzərinə çiçəkləri qoya bilərsiniz. Daha sonra saç spreyini 20-25 sm məsafədən vura bilərsiniz. Bu prosesi həyata keçirərkən çiçəklərin hər tərəfinə vurduğunuza əmin olmalısınız. Çiçək tamamilə quruyana qədər bu prosesi bir neçə gündən bir təkrarlaya bilərsiniz. 

Kitablar arasında çiçəklərin qurudulması

Çiçək qurutma üsulları arasında bəlkə də ən çox istifadə edilən üsul kitablar arasında çiçək qurutma üsuludur. Kitabın arasına çiçək qoymaq presləmə üsulu kimi çox təsirlidir. 

Əvvəlcə güldandakı çiçəkləri qurutmaqla başlayın. Sonra ağır və qalın bir kitab seçmək lazımdır. Çiçəklər kitab səhifələrinin rəngini dəyişdiyinə görə, çiçək qurutma vasitəsi kimi istifadə etmək üçün kitabın arasına kağız və ya parça qoyun. Sonra qurudulmuş çiçəkləri bu parça və ya kağızın üzərinə qoyaraq kitabı bağlayın. Bir müddət sonra kitab səhifələrinin ağırlığı ilə çiçəklərin quruduğunu görə bilərsiniz. 

Qliserin ilə çiçəklərin qurudulması

Bu üsul digər gül qurutma üsullarından az istifadə olunsa da, yenə də gözəl nəticə verir. 

Əvvəlcə qaynadılmış suya qliserin əlavə edin və yaxşı qarışdırın. Bu qarışığı dərin bir qabda hazırlamaq faydalıdır. Sonra güldandan çiçəkləri götürün və yaxşıca qurudun. Qliserin suyu otaq istiliyinə çatdıqda qurudulmuş çiçəkləri güldana qoyduğunuz kimi bu qaba əlavə edin. Bir müddət sonra səthdə tərləmə meydana gəlir. Transpirasiya baş veribsə, yarpaqların uclarında və gövdələrində də rəng dəyişikliyi baş verib. Ümumiyyətlə, yaşıl yarpaqlar qırmızı, sarı rəngə çevrilir. Bu dəyişikliyi gördükdən sonra çiçəkləri qabdan diqqətlə çıxarın və bir parça ilə qurudun. Çiçəklərinizi uzun müddət təhlükəsiz saxlaya bilərsiniz. 

Qumda çiçəklərin qurudulması

Çiçəklərinizi formasını itirmədən qurutmaq və eyni zamanda, kifayət qədər vaxtınız varsa, bu üsulu seçə bilərsiniz. Düzgün qum və düzgün addımlarla çiçəklərinizi istədiyiniz kimi quruda bilərsiniz.

İstifadə edəcəyiniz qumun çox incə dənəli olmasına diqqət etməlisiniz. Tərkibində duz qalıqları və ya üzvi məhsullar olmamalıdır və tozdan təmizlənməlidir. Bundan sonra qumu maksimum 5-6 sm olan bir qabda yaymaq lazımdır. Üzərinə qurudulmuş çiçəkləri qoyun və üzərinə yumşaq qum səpərək örtün. Çiçəklər bağlandıqdan sonra 3-5 həftə ərzində quruyur.

Çiçəkləri qurutmaq üçün məsləhətlər

Hansı üsulu seçsəniz, əvvəlcə çiçəkləri qurutmalısınız. Sapların və yarpaqların quru olması çox vacibdir. Çünki yaş şəkildə qurutma bitkinin çürüməsinə səbəb olur.

Əgər kitabda qurutmaq üsulu üçün qalın və ağır kitab tapa bilmirsinizsə, kitabı kəndir və ya kəmərlə bağlayaraq sıxa bilərsiniz.

Qliserinlə qurutma üsulunda çiçəyin quruması yumşaq gövdəli bitkilər üçün 3-5 gün, ağac toxumaları üçün 1 həftədən 1,5 aya qədər dəyişir.

Qumla qurutma üsulu üçün qum tamamilə quru olmalıdır. Quma bir az silisium əlavə edib quru olub-olmadığını görmək üçün sobaya qoya bilərsiniz. Qumdakı silisium dənələri mavi rəngə çevrilirsə, bu, qumun tamamilə quruduğunu göstərir. Bunu gördükdən sonra silisium dənələrini ələk vasitəsi ilə qumdan ayıra bilərsiniz.

Qurudulmuş çiçəkləri saxlamaq üçün vasitə axtarırsınızsa, güldanları və ya bəzəkli qabları seçə bilər, çərçivəni də qurudulmuş çiçəklərlə bəzəyə bilərsiniz.

Mənbə: Çiçek 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et