Bu gün:

Yuyulandan sonra da pis qoxan paltarlar üçün məsləhətlər


 Bəzi paltarlardan yuyulandan sonra pis iy gəlir. Alimlər bəzi parçaların niyə tər qoxusunu tutduğunu və ondan necə qurtula biləcəyinizi izah ediblər.

Məşq paltarları ən çətin hərəkətlərə tab gətirmək üçün davamlı materiallardan hazırlanmışdır, lakin bu parçalar yuyulduqdan sonra qalan qoxuları da saxlayır.

 Yeni bir araşdırma bədən qoxusunun polyester kimi bəzi tekstil məhsullarına hopduğunu müəyyən etdi, çünki belə məhsullar su itələyici, yağ əsaslı  və tər cəlb edicidir.

Kanadanın Alberta Universitetinin alimləri də müəyyən ediblər ki, qoxu verən birləşmələrin pambıq, polyester  parçalardan daha cəlbedicidir və tamamilə yuyulmur.

Mütəxəssislər bildirib ki, polyester qeyri-qütblü lifdir, yəni suyu dəf edir, buna görə də tez quruyur, lakin bu, təbii olaraq dərimizdən yağ çıxarır və bu da bədən qoxusuna səbəb ola bilir.

 İdman geyimlərinin əksəriyyəti ucuz, davamlı, yüngül və tez quruduqları üçün polyester, spandeks və neylondan hazırlanır, lakin bu parçalardakı kiçik birləşmələr tər molekullarını udur.

Kirlilər səbətinə qoymayın

Çirkli idman paltarlarını səbətə qoymaq işığın və  havanın daxil olmasına imkan verməyəcək. Odur ki, idman zalı paltarlarınızı səbətə qoymaq əvəzinə, qurumağa sərin, ancaq əvvəlcə onları tərs çevirin.

Sirkəyi sınayın

 İdman avadanlığını sirkə və su qarışığında 30 dəqiqə əvvəlcədən islatmaq da onları  pis qoxudan qoruyacaq .

 Hər istifadədən sonra yuyun

 Təmizlik mütəxəssisləri bildirirlər ki, hər istifadədən sonra polyester paltarları isti suda yumaq da bədəndəki pis qoxulardan qurtulmağa kömək edir

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et