Bu gün:

Yay üçün 5 evüsulu saç spreyi


Saç spreylərində olan "ftalat"qadınlarda döş xərçəngini artıran bir nömrəli maddələrdən biridir. Bu səbəbdən qadınların öz saç spreyini hazırlaması çox vacibdir.

Bu yay evdə hazırlaya biləcəyiniz beş saç spreyi reseptini tərtib etdik.

Çimərlik partiləri üçün dəniz duzu spreyi

Dəniz duzu spreyi tərkibindəki duza görə saçlarınıza həcm verir. Aloe vera və kokos yağı saçı nəmləndirir.

Tərkibi;

• 1 stəkan qaynar su

• 1 xörək qaşığı dəniz duzu

• 1 xörək qaşığı ingilis duzu

• 1 xörək qaşığı kokos yağı

• 1 xörək qaşığı aloe vera geli

• 5 damcı efir yağı (istəyə görə)

Hazırlanması qaydası;

1. Suyu qaynayana yaxın götürün.

2. Dəniz və ingilis duzunu həll olunana qarışdırın.

3. Kokos yağını əlavə edin və tamamilə əriyənə qədər qarışdırın.

4. Aloe vera gel əlavə edin.

5. İstədiyiniz kimi efir yağı əlavə edin.

6. Qarışığı sprey şüşəsinə töküb istifadə edə bilərsiniz.

Rosemary – Kokos Saç Spreyi

Əgər saçlarınız quru və zədəlidirsə, bu sadə spreyi etməklə çox daha nəmli saçlara sahib ola bilərsiniz.

Tərkibi;

• 1 stəkan kokos yağı

• 3-4 damcı rozmarin yağı

• 2 stəkan distillə edilmiş su

Hazırlanması

1. Kokos yağını əridin

2. Distillə edilmiş su və rozmarin yağını əlavə edin

3. Yaxşı qarışdırın və sprey şüşəsinə əlavə edin.

Zefir köklü saç spreyi

Zefir kökləri yüz illərdir ki, qaşınma və dəri xəstəliklərinin dərmanıdır. Saçınız davamlı olaraq qarışırsa, bu spreyi hər gün istifadə edə bilərsiniz.

Tərkibi;

• 1,5 stəkan distillə edilmiş su

• 3 xörək qaşığı zefir kökü

• 2 xörək qaşığı orqanik kondisioner

• 10 damcı efir yağı

Hazırlanması

1. Kiçik tavada zefir kökü və suyu qaynadın.

2. Temperaturu azaldın və 20 30 dəqiqə qızdırın.

3. Soyumasını gözləyin və rəndələnmiş kökü əlavə edin.

4. Qaynar halda üzərinə  orqanik kondisioner və efir yağı tökün.

Elektrikləşməyə qarşı saç spreyi

Əgər saçınızı düzəltməkdə çətinlik çəkirsinizsə, bu resept sizin üçündür. Şəkər burada istifadə ediləcək ən vacib ləvazimatdır. Rosemary və lavanda şəkərin yapışqanlığını dəyişir.

Tərkibi;

•1 stəkan distillə edilmiş su

• 4 çay qaşığı şəkər

• 2 damcı ətirşah efir yağı , 2 damcı lavanda efir yağı,2 damcı nanə efir yağı ,2 damcı rozmarin efir yağı

Hazırlanması

1. Sos qazanında suyu qaynadın.

2. Şəkər əlavə edib həllini gözləyin.

3. Soyuduqdan sonra efir yağlarını əlavə edin

4. Sprey şüşəsinə tökün

5. Bakteriya əmələ gəlməsi üçün tez istifadə edin. İstifadə etmədikdə soyuducuda saxlayın.

Saçları yumşaldan və parlaqlaşdıran saç spreyi

Bu resepti aloe vera və qliserinlə sınasanız, saçlarınıza sağlam və parlaq görünüş verə bilərsiniz.

Tərkibi;

• 1 stəkan su 

• 2 xörək qaşığı aloe vera suyu, 2 xörək qaşığı qızılgül suyu ,2 xörək qaşığı qliserin

Hazırlanması

1. Bütün inqrediyentləri qarışdırın.

2. Qarışığı sprey şüşəsinə töküb, istifadə etməyə başlayın.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş