Bu gün:

Ölümün buz barmağı



Hər kəs suyun 0 dərəcə və daha aşağı səviyyələrdə donduğunu bilir. Bəs şəkildəki hadisə necə baş verir? Suyun altında donma mümkündürmü?

“Sualtı buz sarğı” və “ölümün buz barmağı” kimi tərcümə olunan bu maraqlı təbiət hadisəsi çox soyuq duzlu su axınının okeana çatmasının nəticəsidir. Həddindən artıq soyuq, sıx və duzlu su okeanın dərinliklərinə batır və onun ətrafındakı az duzlu suyu dondurur. Nəticədə hiperduzlu suyun ətrafında boruşəkilli duzlu su kanalı əmələ gəlir. Buzlaq okeanın dibinə çatdıqca ətrafdakı suyu dondurmağa davam edir və okeanın dibində həyatı dondurur.



Sualtı buz sarğılarına "Ölüm Barmağı" deyilir, çünki onlar toxunduqları canlı və cansız hər şeyi suyun altında dondururlar. Antarktidada çəkilmiş bu görüntülər xüsusi zaman dəyişmə və sürətləndirmə texnikası ilə hazırlanmışdır və tamamilə real görüntülərdir.


Mənbə: HavaForum

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et