Bu gün:

Evi rahat və tez təmizləməyin yolları


Məşhur sosial şəbəkələrdən birində "mindset mama" təxəllüsü ilə videolar yayımlayan amerikalı bloqqer, təmizlik fanatı Hanna Franklin evi asan və tez təmizləməyə kömək edən yolları sadalayıb. “The Sun” onun dediklərini sitat gətirir.

İki uşaq anası etiraf edib ki, ona bəzi yollar hələ uşaqlıqda öyrədilib və digər yolları isə işlərini asanlaşdırmaq, həyat yoldaşına və qızlarına daha çox vaxt ayırmaq istəyinə görə özü düşünüb. “Səliqəni qorumağa köklənmək üçün hər səhər yatağımı yığıram. Bu, ev işlərinə müsbət təsir edəcək sadə bir işdir”, - o deyib. 

Bloqqer əlavə edib ki, tozsoranı enerjili saxlamaq lazımdır: “O zaman onu rahat götürüb otaqları gəzə bilərsiniz. Mən həm də ən lazımlı təmizlik məhsullarını şkafda rəflərin dərinliyində saxlamamağa üstünlük verirəm ki, onlara asan və tez əlçatsın”.

Bundan əlavə, Hanna çirkin tez-tez yığıldığı, sonradan təmizlənməsini çətinləşdirən görünməyən yerləri unutmamağı tövsiyə edib.

 “Görməyəndə bu yerləri ötürürsən, orada bakteriyalar toplanır. Əl-üz yuyanın altında, şkafların arxasında, maşındakı xalçaların altında”-, deyə o sadalayıb.

Mənbə: Lenta

Tərcümə etdi: Günel Məmmədova






Paylaş
Şərh əlavə et