Bu gün:

Bakıda şəhərin ən böyük gənclik festivalı baş tutacaq


Şəhərin ən böyük gənclik festivalı olan BİZON ONE WORLD FEST 15-16 iyul 2023 tarixlərində Eldorado Beach-də sizi qarşılayacaq.



Bu möhtəşəm festivalda “Belki Üstümüzden Bir Kuş Geçer”, “Aşk Durdukça”, “Döneceksin Diye Söz Ver”, “Kafile”, “Ben Seni Arayamam”, “Haydi Gel İçelim” kimi mahnıları ilə könüllərə taxt quran Yüksek Sadakat, musiqi tərzlərini müstəqil rok kimi ifadə edən, səhnə ifalarında özünəməxsus musiqiləri ilə son zamanların sevimlisi Mavi Gri qrupu, Azərbaycanın gənc və populyar adlarından biri olan Paster, Mərdan Kazımov, The Etude Band, Ayna Band, Joseph Abbas, Şahin Əlizadə, İlham, Kadir Özel, Sadiq Abasov, Glass Band, Grey Band, Jafar & Band, Eleven Live Dj Fanur, Dj PASHA, DJ LEO, 2 gün ərzində musiqi və əyləncə dolu olacaqsınız.

Bir-birindən dəyərli sənətçilərin səhnə alacağı, 2 gün boyunca musiqidən razı qalacağınız, fərqli əyləncələr ilə gündən tam zövq alacağınız və bu il EVENT OFFICE tərəfindən ilk olaraq keçirdiləcək Bizon One World Fest 2023 sizi gözləyir!

15 İYUL 2023

14:00-17:00 Qapı açılışı və Dj Performans

17:00-17:45 Jafar & Band

18:00-18:45 The Etude Band

19:00-19:45 Glass Band

20:00-21:15 Joseph Abbas, Şahin Əlizadə, İlham, Kadir Özel, Sadiq Abasov

21:30-23:00 Yüksek Sadakat

23:00-01:00 DJ Fanur, DJ Pasha, DJ Stasy, DJ Leo

01:15-04:00 Flora Hostel ilə Gece Seansı

16 İYUL 2023

14:00-17:00 Qapı açılışı və Dj Performans

17:00-17:45 Eleven Live

18:00-18:45 Grey Band

19:00-19:45 Ayna Band

20:00-20:45 Mərdan Kazımov

21:00-22:15 Mavi Gri

22:30-23:15 Paster

Sevgili Bizon One World Fest iştirakçımız

Festivalda əməl olunması lazım olan qaydalara aşağıdakı web səhifəsindən baxa bilərsiz 

https://www.eventoffice.info


📍 Eldorado Beach Şıxov

📅 15-16 İyul 2023

🎫 15 iyul tarixi üçün bilet 15 AZN

   16 iyul tarixi üçün 15 AZN

   15-16 iyul üçün bilet isə 25 AZN

Çimərlik üçün əlavə ödəmə etməyinizə ehtiyac yoxdur. Bilet qiymətinə festivala giriş və çimərliyə giriş daxildir.

Paylaş
Şərh əlavə et