Bu gün:

Dünyanın ən qiymətli bitkisi


Tarixi min illərə gedib çıxan zəfəran dünyanın ən qiymətli bitkisi hesab olunur. Uzun illər müxtəlif mədəniyyətlərdə həm dərman, həm də kulinariya istifadəsində mühüm yer tutub.

Zəfəran dünyada Türkiyə, İspaniya, İtaliya, İran və s. ökələrdə yetişdirilib. O qida əlavəsi məhsullarının istehsalında istifadə edilir. Bu xüsusiyyətləri ilə bəzi mədəniyyətlərdə "qırmızı qızıl" olaraq da adlandırılır. Bir kiloqram zəfəran əldə etmək üçün təxminən 150.000 çiçək toplamaq lazımdır.

Zəfəran tərkibindəki kimyəvi birləşmələr sayəsində sakitləşdirici təsir yaradır. Bu təsir yuxu vaxtını tənzimləməyə və keyfiyyətli yuxu təmin etməyə kömək edir. “The Nutrients” jurnalında dərc edilən mühüm araşdırmada 6 həftə zəfəran qəbul edən insanlar asanlıqla yata bilirlər. Onlar yaxşı istirahət edirlər.

Serotonin səviyyəsinə təsiri

Stress müasir həyatın ayırlmaz hissəsinə çevrilib. Zəfəran serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəyə müsbət təsir edir. Zəfəranın qəbulu stressi azaltmağa və ümumi rahatlıq hissini təmin etməyə kömək edir. 

Necə istifadə olunmalıdır? 

Yatmazdan 1 saat əvvəl, gündə 1 kapsul qəbul etmək və mütəxəssis həkimə müraciət etmək tövsiyə olunur. Əgər siz də yuxusuzluqdan əziyyət çəkirsinizsə, həkim və ya əczaçı ilə məsləhətləşməyi unutmayın.

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş