Bu gün:

Neqativ enerjini aradan qaldırmağın 6 yolu


Fəsillərin dəyişməsi insanın əhvalına birbaşa təsir edir. Bu dönəm özümüzü daha yorğun və ya zəif hiss edə bilərik. Lakin bəzi yollarla pozitiv və enerji dolu hiss etmək mümkündür.

Bu yollar sadə olmaqla yanaşı çox təsirlidir.

1.Buxur

Buxur yandırmaq amerikalıların qədim ənənələrindən biridir. Mənfi enerjidən xilas olmaq üçün otların yandırılması təkcə inanc deyil, həm də elmi həqiqətdir. Yanan otlardan ayrılan oksigen atomları daha təmiz hava ilə nəfəs almağa kömək edir. Bu yolla özümüzü daha pozitiv və enerjili hiss edirik.

2.Özümüzlə danışmaq

Özümüzlə danışmaq bir növ müsbət təsdiqdir. Müsbət düşünəndə ətrafımıza müsbət enerjilər yayırıq. Beynimizi pozitiv düşünməyə təşviq etdiyimiz zaman əldə etdiyimiz nəticə və ətrafımıza yaydığımız enerji də müsbət olacaq.

3.Meditasiya

Son araşdırmalar göstərir ki, məşhur inancın əksinə olaraq bəyin, əslində, çox itaətkar bir quruluşa malikdir. Beyin quruluşumuzun anadangəlmə deyil, “dəyişkən” olduğunu qəbul edən kimi əhvalımızı yönləndirmək mümkün olur. Şüurumuza müsbət təsir edən meditasiya bizə bütün vəziyyətlərdə enerjimizi düzgün istifadə etməyi öyrədir. Meditasiya ilə biz sakitləşə, dincələ və daha canlı ola bilərik.

4.Mahnı oxumaq

Oxumaq psixi sağlamlığımız üçün çox vacibdir. Mahnı oxuyanda özümüzü daha yaxşı hiss edirik. Bu, qan təzyiqimizi aşağı salır və müsbət enerji verir. 

5.Təbiətdə gəzinti

Açıq havada olmaq, oksigen udmaq və təbiətlə təmasda olmaq bizi mənfi enerjilərdən təmizləyir, təravətləndirir və canlandırır. Beləliklə, ödəsindən gəlməkdə çətinlik çəkdiyimiz tərəflərlə daha asan qarşılaşa və mənfi enerjiyə daha asan qalib gələ bilərik.

6.Dəniz Havası

Elmi araşdırmalara görə, suyun ətrafında olmaq bizə rahatlaşdırıcı təsir göstərir. Sakit təbiəti ilə su bizi sakitləşdirir və təmizləyir. Bədənimizin canlı və enerjili olması özümüzü dəniz kənarına atıb xoş vaxt keçirə bilərik.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et