Bu gün:

İştahı azaldır və arıqlamağa kömək edir


Tərkibində zəngin protein və lif olan noxud həzmi sürətləndirir və toxluq hissi verir. Həm də iştahı azaldaraq arıqlamağa kömək edir. Buna görə də arıqlamaq istəyirsinizsə, yeməklərinizə mütləq noxud əlavə etməlisiniz. Üstəlik içinə qoyacağınız bol yaşıllıq ilə möhtəşəm bir yemək sizi gözləyir. Noxudlu yay salatının reseptini təqdim edirik...

Toyuq salatı resepti

2 stəkan qaynadılmış noxud

4 duzlu xiyar

2 qovrulmuş kapia bibəri

Dörddə bir dəstə cəfəri

Dörddə bir dəstə şüyüd

4-5 dəst təzə nanə

3 ədəd baş soğan

Duz

Nar siropu (diqqət edin nar sousunu qatmayın! Limon da istifade oluna biler.)

Zeytun yağı

Noxud salatı necə hazırlanır?

Haşlanmış noxudları süzün və dərin bir qaba qoyun. Xırda doğranmış turşu və qovrulmuş bibərləri qaba əlavə edin. Cəfəri, baş soğan, şüyüd və nanəni xırda doğrayıb əlavə edin. Nar siropu, zeytun yağı və duzu (turşu olduğu üçün bir az duz əlavə edin) kiçik bir qabda çalın və salata əlavə edin və qarışdırın. Soyuducuda 1 saat saxlayıb süfrəyə verə bilərsiniz. 

Mənbə: Haberturk 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et