Bu gün:

Azərbaycan Siamendə beynəlxalq sərgidə təmsil olunacaq


İqtisadiyyat Nazirliyindən əldə olunmuş məlumata görə, 24media.az xəbər verir ki, 8–11 sentyabrda Çinin Siamen şəhərində keçiriləcək Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində Azərbaycan “Invest in Azerbaijan” stendi ilə iştirak edəcək. 

Milli stenddə ölkəmizin biznes və investisiya imkanları, həmçinin “Made in Azerbaijan” məhsulları təqdim olunacaq.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et