Bu gün:

Tarixdə insan dərisi ilə hazırlanmış gündəlik əşyalar


Tarix boyu bir çox sivilizasiyalarda bu gün vəhşilik adlandıra biləcəyimiz şey normal sayılırdı. Bəzi dövrlərdə, xüsusilə Avropada müharibələr nəticəsində insanlar öldürülürdü. Bu məzmunda insanların dərilərindən hazırlanmış əşyaları sizə təqdim edəcəyik. Onların bir qisminin könüllü şəkildə cəzalandırılması məqsədilə yaradılmış bu əşyalar görənləri ürpədir. 

Budur insan dərisindən hazırlanmış qəribə əşyalar:

Protestant üsyanının baş memarı olan Yan Zizka əbədi olaraq dəhşət saçan bir insan olaraq xatırlanmaq üçün ağlasığmaz bir üsul sınadı. Ölümündən illər əvvəl Zizka onun dərisindən nağara hazırlanmasını istədi. Ölümündən sonra yaxınları bu vəsiyyətini yerinə yetirdilər.

18-ci əsrdə Fransada İctimai Təhlükəsizlik Komitəsinin üzvü olan Lui Antuan de Sent-Just aşiq olduğu qadından belə qisas aldı. Təhlükəsizlik komitəsinin üzvü olan Just sevdiyi qadın onun sevgisinə qarşılıq vermədikdə pul qarşılığında bir adamı tutur və onun öldürtdürür. Öldükdən sonra cəsədini gizli şəkildə dəri satıcısına aparır və ona jilet düzəldir.

1876-cı ildə Fransada heyvan dərisindən hazırlanmış ayaqqabıları ilə məşhur olan Mahnenrolhz öz sahəsini genişləndirmək üçün maraqlı bir yol izlədi. Mahnenrolhz sahibsiz insanların cəsədlərini sahiblənərək onların dərilərindən ayaqqabı düzəltdi. Daha sonra bu ayaqqabıları incələtmək üçün Smithsonian İnstitutuna göndərdi.

Fransız inqilabı ilə ciddi bir xalq qırğını yaşandı. Siyasətçilərdən başqa bu qırğından yalnız bir nəfər qazandı. O həm də fransız taciri idi. Bu tacir insan meyidlərinin dərisindən ayaqqabı, çanta və pul kisəsi düzəldib satmağa başladı.

Maraqlı bir muzey olaraq 16-cı əsrin sonlarına doğru Fransa kralı XIII Luisin qurduğu "Cabinet du Roi" muzeyinə Parisin ən məşhur cərrahlarından biri olan Pierre Sue insan dərisindən hazırlanmış başmaq hədiyyə edir. 

Ceyms Allen yazdığı tərcümeyi-halına son nöqtəni öldükdən sonra qoydu. Allenin tərcümeyi-halı ölməzdən əvvəl yaxınlarına verdiyi vəsiyyətə uyğun olaraq öz dərisi üzərində çap edilib.

Uzun illər 19-cu əsrdə Fransanın qorxunc yuxusuna çevrilən fırıldaqçı və qatil Anri Pranziniyə qarşı ictimaiyyətin kin-küdurəti heç vaxt səngimir. Pranzini öldükdən sonra ona nifrət edən hər kəs cəsədin üzərinə hücum edərək onu parçaladı. Qadınlar intiqamını Pranzininin dişlərindən sırğa, kişilər isə dərisindən siqaret qutuları düzəltməklə aldı.

Mənbə: neoldu.com

Tərcümə etdi: Lumu Zülfüqarova

Paylaş
Şərh əlavə et